28 oktyabr 2014 15:40

20 komanda arasında 5-ci

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü başa çatıb. Azerisport.az xəbər verir ki, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edib.

Bu gün keçirilən 9-cu mərhələ ilə yarışa yekun vurulub. 165.7 km-lik həlledici mərhələdə Azərbaycanı təmsil edən "Synergy Baku" kontinental komandasının 5 velosipedçisi - Maksim Averin, Samir Cəbrayılov, Aleksandr Surutkoviç, Elçin Əsədov və Ənvər Asanov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 4 saat, 9 dəqiqə, 38 saniyə.

Ümumi sıralanmada təmsilçilərimizdən ən yaxşı nəticəyə Elçin Əsədov imza atıb - o, yarışın qalibi, Fransanın "Team La Pomme Marseille 13" komandasının üzvü Jülyen Antomarşidən 1 dəqiqə, 43 saniyə geri qalmaqla 12-ci olub. Aleksandr Surutkoviç isə 20-ci yeri tutub. Qeyd edək ki, "Synergy Baku"nun təmsilçisi nüfuzlu Çin yarışında bir dəfə fəxri kürsüyə qalxmağı da bacarıb - belə ki, Maksim Averin 3-cü mərhələdə 2-ci yeri tutması ilə yadda qalmışdı.

Komanda hesabında isə "Synergy Baku" 20 kollektiv arasında 5-ci yeri tutub. Təmsilçimizın qabaqladığı komandalar içərisində kontinental və milli kollektivlərlə yanaşı, Hollandiyanın "Belkin-Pro Cycling Team" Dünya Turu, Avstraliyanın "Drapac Professional Cycling" və ABŞ-ın "Team Novo Nordisk" pro-kontinental komandaları da var.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir. (AVİF)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.