20 oktyabr 2014 15:45

Avropa çempionatında 4-cü yer

Fransanın Qvadelupa adasında velosiped idmanının trek növü üzrə Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, qitənin 30-dan artıq ölkəsinin iştirak etdiyi yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunub.

Təmsilçilərimizdən ən yüksək nəticə Olqa İsmayılovaya məxsusdur - o, 200 və 500 metr məsafəyə sprint yarışlarında 4-cü yeri tutmaqla Azərbaycanın bu növ üzrə qitə çempionatlarında ən yüksək göstəricisinə imza atıb. 200 metr məsafəyə mübarizə zamanı velosipedçimiz təsnifat yürüşündə 11.596 saniyə göstərici ilə 21 iştirakçı arasında ən yüksək nəticəyə imza atıb. 1/8 finalda Ukrayna, 1/4-də isə Litva idmançısından güclü olan Olqa İsmayılova yarımfinala vəsiqə qazanıb. Amma bu mərhələdə İspaniya təmsilçisinə uduzan velosipedçimiz, bürünc medal uğrunda həlledici yürüşlərdə Almaniyalı olimpiya çempionu Kristina Foqelin müqavimətini qıra bilməyib.

500 metr məsafəyə sprint yarışında isə İsmayılovaya bürünc medal üçün cəmi 0.111 saniyə çatmayıb - o, 34.953 saniyə göstərici ilə bu növdə də 4-cü yeri tutub. Xatırladaq ki, bu vaxta qədər trek üzrə Avropa çempionatlarında ən yüksək nəticəmiz 2005-ci ilə təsadüf edirdi - 12-ci yer.

Digər qadın idmançımız Yelena Pavluxina 3000 metr məsafəyə fərdi izləmə yarışında 22 nəfər arasında 12-ci, skretçdə isə 28 nəfər arasında 13-cü yeri tutub. Qeyd edək ki, yığma komandamız Qvadelupadan birbaşa Meksikaya yollanacaq və noyabrın 8-9-da bu ölkədə keçiriləcək Dünya Kubokunun birinci mərhələsinə hazırlaşacaq.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.