19 oktyabr 2014 00:25

Uğurlu sınaq

Bu gün paytaxtımızda Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi növü üzrə sınaq yarışı keçirilib. Azerisport.az xəbər verir ki, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarış dağ velosipedi parkında baş tutub.

Birgünlük yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına layiq görülüb. Sınaq turnirində 10 ölkədən 8 qadın və 19 kişi idmançı iştirak edib və onlar Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısına əsasən xüsusi dəvətlə seçilib. Azərbaycan yığma komandası yarışda 3 kişi velosipedçi ilə - Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədovla təmsil olunub.

Qadın velosipedçilər uzunluğu 4,1 km olan zolaq boyunca 6 dövrə vurublar. Məsafəni hamıdan tez qət edən Ukrayna təmsilçisi Yana Belomoyna 1 saat, 24 dəqiqə, 46 saniyə göstərici ilə finişi 1-ci keçib. Sonrakı 2 yeri İsveçrə idmançıları Katrin Stirnemann və Linda İnderqand tutub - onlar çempiona müvafiq olaraq 1 dəqiqə, 13 saniyə və 6 dəqiqə, 35 saniyə uduzublar.

"Yol yaxşı, təşkilatçılıq isə olduqca yüksəkdir. Sadəcə, bü gün küləkli hava müəyyən problemlər yaratdı. Amma özümü yaxşı hiss edirdim" - deyə, sınaq yarışının qalibi Yana Belomoyna bildrib. Ukraynalı velosipedçi bu qalibiyyətinin onun üçün 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları öncəsi əla stimul olacağını deyib: "Avropa Oyunlarına daha yaxşı hazırlaşacam. Artıq yolu tanıyır, iqlimə bələdəm. Düzdür, ola bilsin, gələn il marşrut bir az dəyişsin, amma mən hər şeyə hazır olacam".

Kişi velosipedçilər isə qadınlarla müqayisədə bir dövrə artıq məsafə qət ediblər. Üstəlik, onların marşrutu qadınlarla müqayisədə daha çətin olması ilə yadda qalıb. Elə startdanca liderliyi ələ alan İsveçrə idmançıları Martin Fanqer və Mark Ştuzmann sonadək bu üstünlüyü əldə saxlayıblar. Fanqer 1 saat, 37 dəqiqə, 52 saniyə göstərici ilə finişi birinci keçib. Ondan 42 saniyə geri qalan Ştuzmann 2-ci yeri tutub. İlk üçlüyü isə yunanıstanlı Dimitrios Antoniadis tamamlayıb - 1 saat, 41 dəqiqə, 50 saniyə.

"Bakı turnirində uğur qazandığım üçün çox sevinirəm. Yüksək təşkilatşılıq və maraqlı marşrut bu yarışın əsas xüsusiyyətləri kimi mənim yaddaşımda qalacaq. Sərt döngələr və enmə ilə yanaşı, külək də müəyyən problemlər yaratsa da, çətinliyin öhdəsindən gələ bildim" - deyə, sınaq yarışının qalibi Martin Fanger bildirib.

Sınaq yarışında iştirak edən Azərbaycan idmançılarının nəticələrinə gəlincə, Aqşin İsmayılov 14-cü, Orxan Məmmədov 18-ci, Murad Sultanov isə 19-ci yeri tutub. (AVİF)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.