4 oktyabr 2014 16:00

Synergy Baku Tour of Almaty-da

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" oktyabrın 5-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək birgünlük "Almatı Turu"nda iştirak edəcək. Azerisport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.1 kateqoriyalı yürüşündə komandamızın 8 üzvü mübarizə aparacaq ki, bunların da 5-i Azərbaycanın Elit və U-23 yığma komandalarının şərəfini qoruyur.

Qeyd edək ki, yarışda yerli "Astana" komandasının italiyalı velosipedçisi, 2014-cü il "Tour de France" veloyürüşünün qalibi Vinçenzo Nibali də iştirak edəcək və bu "Tour of Almaty"ya olan marağı daha da artırır. "Synergy Baku"nun baş meneceri David McQuaid komandamızın bu yürüşdə iştirakını yüksək qiymətləndirərək velosipedçilərimizin təcrübə toplaması baxımından "Tour of Almaty"nı olduqca vacib yarış kimi dəyərləndirib.

186 km-dən ibarət birgünlük yarışda komandamız bu heyətlə mübarizə aparacaq: Elçin Əsədov, Ənvər Asanov, Metyu Bremmier, Markus Eybeger, Ismayıl İlyasov, Tural İsgəndərov, Samir Cəbrayılov və Kristof Şvayzer.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir. (AVİF)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.