9 sentyabr 2014 12:55

Elgün Əlizadə: Məsuliyyətim xeyli artıb

Slovakiyanın Dubnitsa şəhərində velolsiped idmanının şose növü üzrə gənclər arasında ənənəvi “Beynəlxalq Velosiped günü” adlı yarış keçirilib. Azerisport.az xəbər verir ki, sayca 51-ci dəfə təşkil olunan turnirdə Azərbaycanın gənclərdən və 17 yaşadək idmançılardan ibarət yığma komandalarının üzvləri də çıxış edib.

10-dan artıq ölkənin 95 velosipedçisinin iştirak etdiyi yarışda təmsilçilərimizdən ən yüksək nəticəyə Elgün Əlizadə imza atıb. Bu ilin iyulunda İsveçrədə keçirilən Avropa çempionatında 12-ci yeri tutmaqla diqqət mərkəzinə düşən gənclər yığmamızın üzvü 2 günlük yarışın ən yaxşı dağ velosipedçisi adına layiq görülüb. O 3 mərhələli yarışda 12 xal toplamaqla dağ mərhələlərində hamıdan yaxşı çıxış edib və ən yaxın izləyicisini 2 xal qabaqlayıb.

Bu il sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da iştirak edəcək velosipedçimiz mötəbər yarışda da uğurla çıxış edəcəyinə inanır: “Dünya çempionatından öncə iştirak etdiyimiz yarışlar bizə ilin ən böyük turnirinə yaxşı hazırlaşmaq imkanı verir. Builki Avropa çempionatından sonra məsuliyyətim daha da artıb və hər zaman yanımızda olan, bizə dəstək verən federasiya rəhbərliyinin, məşqçilərin etimadını doğrultmaq üçün əlimdən nə gəlirsə, etməyə çalışacam”. (AVİF)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.