12 avqust 2014 01:07

Synergy Bakunun üzvü Azərbaycan çempionudu

Xızıda velosiped idmanının cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatına start verilib. Azerisport.az xəbər verir ki, velosiped idmanının şose növü üzrə keçirilən yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı mübarizə aparır.

Ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun 4 üzvü – Aqşin İsmayılov, Samir Cəbrayılov, Məhəmməd Ələkbərov və Maksim Averin də iştirak edir. Yeri gəlmişkən, Azərbaycan velosiped məktəbinin layiqli yetirməsi, 1978-ci il Dünya Veloyürüşünün qalibi, 6 qat SSRİ çempionu Aleksandr Averinin oğlu Maksim Averin bu ildən etibarən Azərbaycan yığma komandasının şərəfini qoruyur və o debüt etdiyi ölkə çempionatında çempionluq sevinci yaşayıb.

Respublika Olimpiya  Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Elvin Nağıyevlə tandem təşkil edən Maksim Averin Elit və U-23 yaş qrupunda 40 km məsafəni hamıdan tez başa vurmaqla ən yüksək göstəriciyə imza atıb – 1 saat, 24 saniyə. 2-ci yeri tutan Samir Cəbrayılov – Məhəmməd Ələkbərov dueti çempion cütlüyə 1 dəqiqə, 4 saniyə uduzub.

Ölkə çempionatının 2-ci günündə qrup ötüşmələri üzrə qaliblər məlum olacaq.

Elit/U23 (40 km) 
       
1 NAĞIYEV Elvin OEQİUGVM 1:00:24
 AVERİN Maksim BCP 
2 CƏBRAYILOV Samir BCP/NEFTÇİ 1:01:28
 ƏLƏKBƏROV Məhəmməd BCP/LOKOMOTİV 
3 QASIMOV Elçin OEQİUGVM 1:05:22
 İLTİFATLI Ayxan OEQİUGVM

GƏNCLƏR (25 km) 
       
1 ƏLİZADƏ Elgün 8OEQİUGM 0:38:44
 QƏHRƏMANLI Kənan 8OEQİUGM 
2 QARAYEV Nicat 8OEQİUGM 0:40:17
 NİFTƏLİYEV Nicat 8OEQİUGM 
3 MƏMMƏDOV Tərlan OEQİUGVM 0:44:31
 ABUŞOV Vüsal OEQİUGVM

U17 (15 km) 
       
1 NAPERSTKOV Maksim 8OEQİUGM 0:23:21
 SƏFƏRLİ Mikayıl 8OEQİUGM 
2 ORUCZADƏ Nicat 8OEQİUGM 0:23:53
 ŞİRƏLİYEV Kərim LOKOMOTİV 
3 RƏHİMOV Şamil OEQİUGVM 0:26:10
 MƏMMƏDLİ Nicat OEQİUGVM

U15 (10 km ) 
       
1 İSGƏNDƏROV Xankişi 8OEQİUGM 0:17:23
 XIDIROV Ravil 8OEQİUGM 
2 ORLOV İvan OEQİUGVM 0:18:32
 MUSTAFAYEV Qadir OEQİUGVM 
3 ƏLİİSGƏNDƏROV Ülfan OEQİUGVM 0:19:29
 HƏSƏNOV Maqsud OEQİUGVM

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.