3 avqust 2014 13:55

Litvada çempionluq sevinci

Litvanın Panevejis şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı “Panevejis-2014” turniri davam edir. Azerisport.az xəbər verir ki, Velosiped idmanının trek növü üzrə keçirilən yarışının 2-ci günü Azərbaycan yığma komandası üçün 1 qızıl və 1 gümüş medalla əlamətdar olub.

İlk yarış günü kişilər arasında 200 metr məsafəyə sprint yarışında 3-cü yeri tutmaqla 64 reytinq balı əldə edən Sergey Omelçenko bu dəfə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Keyrin yarışlarında mübarizə aparan velosipedçimiz yarımfinal mərhələsində finişi birinci keçməklə əsas finalda iştirak hüququna yiyələnib. Həlledici yürüşdə isə Omelçenko yalnız yerli idmançıdan geri qalmaqla gümüş medala layiq görülüb. Yeri gəlmişkən, bununla da velosipedçimiz daha 72 reytinq balı qazanıb və Dünya Kubokunda iştiraka doğru önəmli addım atıb.

Daha sonra keyrində mübarizəyə qadın idmançılar qoşulublar. Millimizin lideri Olqa İsmayılova həm yarımfinal, həm də final yürüşündə bütün rəqiblərini qabaqlamaqla yığmamıza qızıl medal qazandırıb və 80 reytinq balına layiq görülüb. Bununla da O. İsmayılova bu ilin noyabrında Meksikada keçiriləcək Dünya Kubokunda iştirak üçün lazım olan xal ehtiyatını tamamlayıb. Dünya Kubokundan öncə isə xanım idmançımız, eləcə də yığmamızın digər üzvləri Fransada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.

“Panevejis-2014” turnirinə bu gün yekun vurulacaq. (AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.