31 iyul 2014 19:55

Fransızlar Azərbaycanda velosiped idmanının inkişafından yazdı

Fransanın www.slate.fr internet resursunda Azərbaycanda velosiped idmanının inkişafına dair məqalə yerləşdirilib. Azerisport.az xəbər verir ki, məqalənin müəllifi Benoit Vittek Fransada hər il keçirilən “Tur de Frans“ velosiped yarışlarının tanınmış məşqçiləri Karlos Sestre və Camolidin Abducabarovun bu il mayın əvvəlində velosiped yarışlarına hazırlıqla əlaqədar ölkəmizə səfər etmələrini və Karlos Sestrenin öz komandası ilə hələ iki il əvvəl Azərbaycana gəlişini xatırladır.

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi və beynəlxalq diplomatiya aləmində böyük nüfuz qazandığı diqqətə çatdırılan məqalədə bildirilir ki, Fransa Prezidenti Fransua Ollandın mayın əvvəllərində ölkəmizə səfəri yarışların sonuncu gününə təsadüf etmişdi.

Məqalədə Azərbaycanda 2015-ci ilin yayında keçiriləcək birinci Avropaya Oyunları ilə əlaqədar mühüm və diqqətəlayiq hazırlıq işlərinin getdiyi vurğulanır. Müəllif qeyd edir ki, “Tur de Azerbaijan” velosiped yarışının təşkili ölkəmizdə idmanın bu növünün inkişafı ilə bağlıdır və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Azərbaycanda velosiped yarışları sahəsində mühüm ənənələrin mövcud olduğunu bildirir.

Azərbaycan komandasının üzvü 19 yaşlı Samir Cəbrayılovun velosiped yarışlarında perspektivli idmançı kimi qeyd olunduğu məqalədə gənclər arasında idmanın bu növünə marağın artması üçün mühüm layihələrin həyata keçirildiyi diqqətə çatdırılır. Yazıda 2006-cı ildə keçirilmiş “Tur de Frans” yarışlarının qalibi Linus Gerdemmannin, fransalı Remi Di Qreqorionun, habelə “Tur de Spain”ın qalibi Xuan Xose Kabonun Azərbaycana səfər etdikləri və velosiperd yarışlarına hazırlıqla yaxından tanış olduqları, tarixi abidələrlə zəngin ölkəmizin əsrarəngiz təbiətinə heyran olduqları bildirilir.

Məqalədə Bakıda keçiriləcək Avropa oyunlarına hazırlıqla bağlı bir çox infrastrukturun yenidən qurulduğu, bir qədər əvvəl Bakıda yeni Veloparkın istifadəyə verildiyi, hazırda isə dağ velosiped yürüşləri üçün yolların hazırlandığı, hökumətin velosipedlərin hərəkəti üçün ilk yolların təşkilinə başladığı və bu məsələyə xüsusi diqqət göstərdiyi qeyd olunur.
 Sonda müəllif velosiped yarışları ilə bağlı görülən işlərin yaxın vaxtlarda öz nəticəsini verəcəyini, bu sahədə Azərbaycanda sanballı idmançıların yetişəcəyini və beynəlxalq turnirlərdə onların inamlı qələbə qazanacağına əminliyini diqqətə çatdırır.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.