16 iyul 2014 11:34

"Onlar parlaq gələcək vəd edirlər"

İsveçrədə velosiped idmanının şose növü üzrə U-23 yaş kateqoriyası və gənclər arasında Avropa çempionatında Azərbaycan idmançılarının çıxışı tanınmış mütəxəssislərin diqqətindən kənarda qalmayıb. Azerisport.az xəbər verir ki, Avropa çempionatı Azərbaycan velosipedi üçün tarixi nailiyyətlə yadda qalıb. Belə ki, gənc velosipedçimiz Elgün Əlizadə 41 ölkənin iştirakı ilə keçirilən qitə çempionatında 130 km məsafəyə qrup ötüşməsində 190 nəfər arasında çempion olmuş İtaliya idmançısına 9 saniyə uduzmaqla 12-ci yeri tutub və müstəqillik dönəmində Azərbaycan velosipedinin ən yüksək nailiyyətinə imza atıb.

Avropa çempionatına U-23 yaş kateqoriyasında çıxış edən velosipedçilərin 173 km məsafəyə qrup ötüşməsində Samir Cəbrayılov 169 velosipedçi arasında 38-ci olub. Tural İsgəndərov isə fərdi ötüşmələrdə 32-ci nəticə göstərib.

Qitə çempionatının gedişini izləyən Avropa Velosipedçilər İttifaqının vitse-prezidenti, Rusiya Velosiped İdmanı Federasiyası prezidentinin məsləhətçisi Aleksandr Qusyatnikov Azərbaycan təmsilçilərinin çıxışı haqqında AzVİF mətbuat xidmətinə verdiyi müsahibədə bunları deyib: "Nəticələriniz yaxşı yox, həddindən artıq yaxşıdır. Düşünürəm ki, Elgün Əlizadə bu çempionatın tapıntısı oldu. Onun əldə etdiyi 12-ci yer böyük uğurdur. Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işlər artıq öz bəhrəsini verməkdədir. Yəqin razılaşarsınız ki, Elgünün bu uğuru əksəriyyət üçün böyük sürpriz oldu, amma idmançının marşrut boyu nümayiş etdirdiyi taktika baş verənlərin qanunauyğunluğundan xəbər verir".

Aleksandr Qusyatnikov U-23 yığma komandamızın üzvləri Tural İsgəndərov və Samir Cəbrayılovun da Avropa çempionatında çıxışına toxunub: "Qrup ötüşməsində Tural bəxtsizliklə üzləşdi və qəzadan qaça bilmədi. Əks halda daha yaxşı çıxış edə bilərdi. Samirə gəlincə, o uzun müddət liderlər qrupunda yer aldı və yalnız sona yaxın üstünlüyünü əldən verməklə 169 nəfər arasında 38-ci oldu".

Avropa Velosipedçilər İttifaqının vitse-prezidentinin sözlərinə görə, qitə çempionatındakı uğurlu çıxışdan sonra diqqətlər velosipedçilərimizə yönəlib və onlar bu məsuliyyəti lazımınca dərk etməlidirlər: "İndi hər şey onların özündən asılıdır. Velosipedçiləriniz bundan sonra ikiqat qüvvə ilə çalışmalıdırlar ki, bu nəticələri daha da yaxşılaşdırsınlar. Çünki onların hər biri parlaq gələcək vəd edir". (AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.