11 iyul 2014 16:11

Federasiya Birinciliyi başa çatdı

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) illik təqvim-planına əsasən keçirilən U-15 və U-17 yaş kateqoriyaları üzrə fərdi və qrup ötüşmələri üzrə Federasiya Birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində keçirilən yarışda AzVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 50-dən artıq idmançısı mübarizə aparıb.

Proqrama əsasən, son yarış günündə qrup ötüşmələri üzrə qaliblər müəyyənləşib - 15 yaşadək idmançılar 3,8 km-lik marşrut boyunca 3, 17 yaşadək velosipedçilər isə 5 dövrə vurublar. Nəticələrə gəlincə, U-15 yaş kateqoriyasında "Sərhədçi" İdman Olimpiya Mərkəzinin təmsilçisi, fərdi ötüşmədə də hamıdan güclü olan Maqsud Həsənov marşrutu 19 dəqiqə, 39 saniyəyə qət edərək 1-ci yeri tutub. 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndələri Ravil Xıdırov və Xankişi İsgəndərov çempiona müvafiq olaraq 6 və 16 saniyə uduzmaqla ilk üçlüyü tamamlayıblar.

U-17 yaş kateqoriyasında isə əsas mübarizə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndələri arasında gedib və fəxri kürsüyə də məhz onlar qalxıblar. Məsafəni 32 dəqiqə, 10 saniyəyə qət edən Nicat Oruczadə komanda yoldaşları Maksim Naperstkovu 4, Mikayıl Səfərlini isə 5 saniyə qabaqlayıb.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.