7 iyul 2014 15:49

Federasiya Kuboku başa çatdı

İyulun 6-da Bakıda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə Federasiya Kuboku yarışı keçirilib. Zığ şosesindəki zeytun bağları adlanan ərazidə təşkil olunan yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin idmançıları mübarizə aparıb. Azerisport.az xəbər verir ki, bundan başqa, həmin məkanda “SharkHead / velopeople” Həvəskar Velosipedçilər Klubunun “X-Ride” Cross-Country üzrə Bakı Açıq Kubokunun 3-cü mərhələsi də baş tutub.

Bir gün davam edən və Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydalarına əsasən keçirilən yarışda bütün yaş kateqoriyaları üzrə idmançılar hər biri 2.4 km-dən ibarət 5 dövrədə (cəmi 12 km) yarışıblar. Nəticələrə gəlincə, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvü Aqşin İsmayılov marşrutu 29 dəqiqə, 53 saniyəyə başa vurmaqla Federasiya Kubokunun qalibi olub.

2-ci və 3-cü yerləri isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçiləri tutub - Orxan Məmmədov çempiona 13 saniyə, Murad Sultanov isə 1 dəqiqə, 6 saniyə uduzmaqla müvafiq olaraq gümüş və bürünc medala yiyələnib. (AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.