5 iyul 2014 15:25

MTB üzrə Federasiya Kuboku

İyulun 6-da Bakıda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə Federasiya Kuboku yarışı keçiriləcək. Azerisport.az xəbər verir ki, Zığ şosesindəki zeytun bağları adlanan ərazidə təşkil olunacaq yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin idmançıları mübarizə aparacaq.

Bir gün davam edəcək və Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydalarına əsasən keçiriləcək Federasiya Kubokunda bütün yaş kateqoriyaları üzrə idmançılar hər biri 2.4 km-dən ibarət 5 dövrədə (cəmi 12 km) yarışacaqlar. Qeydiyyat səhər saat 09:00-da, yarış isə saat 10:00-da başlayacaq.

Yeri gəlmişkən, Federasiya Kuboku ilə yanaşı, sabah həmin məkanda “SharkHead / velopeople” Həvəskar Velosipedçilər Klubunun “X-Ride” Cross-Country üzrə Bakı Açıq Kubokunun 3-cü mərhələsi də keçiriləcək. Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən dəstəklənən yarış 5 mərhələdən ibarətdir. Oktyabr ayında Azərbaycanın bölgələrinin birində keçiriləcək Super-Finalda ən çox bal toplayan 10 velosipedçi iştirak edəcək. (AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.