4 iyul 2014 11:45

Həmrəylik Yürüşündə 3-cü mərhələ

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Polşada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Həmrəylik və Olimpiyaçılar" yürüşündə çıxışını davam etdirir. Azerisport.az xəbər verir ki, heyətə 6 velosipedçi daxil edilib - bunlar bu günlərdə Azərbaycan çempionu adını qazanan Elçin Əsədov, həmçinin Azərbaycan çempionatının mükafatçıları Tural İsgəndərovla Samir Cəbrayılov, eləcə də Maksim Averin, Daniel Klemme və Aleksandr Surutkoviçdi.

Sayca 25-ci dəfə təşkil edilən yarışın 3-cü mərhələsində iştirakçılar 162 km məsafə qət ediblər. Diqqət çəkən məqam velosipedçilərimizin hamısının finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində yer almasıdı. Fotofinişə əsasən, təmsilçilərimizdən ən yüksək göstərici Maksim Averin və Samir Cəbrayılova məxsusdu - onlar müvafiq olaraq 11 və 12-ci olublar.

3 mərhələdən sonra Maksim Averin, Daniel Klemme, Aleksandr Surutkoviç və Samir Cəbrayılov  yürüş liderinə 12 saniyə uduzmaqla ümumi sıralanmada 26-cı, 28-ci, 31-ci və 56-cı mövqedə qərarlaşırlar. Bu gün keçiriləcək 4-cü mərhələdə iştirakçılar 193.5 km məsafə qət edəcəklər. Qeyd edək ki, şüari "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudu.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.