1 iyul 2014 17:02

Ceremi Hant: Onlar yeni mərhələyə çıxa bilərlər

Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatını izləmək üçün ölkəmizdə olan "Synergy Baku" kontinental komandasının baş məşqçisi Ceremi Hant AzVİF mətbuat xidmətinə verdiyi müsahibədə yarışla bağlı təəssüratlarını bölüşüb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Azərbaycan çempionatının gedişi, idmançıların çıxışları sizə necə təsir bağışladı?
- Azərbaycana gəlişimin əsas məqsədi həm ölkə çempionatının gedişini izləmək, həm də yeni istedadların üzə çıxarılmasına yardım etməkdir. Bundan başqa, gənc velosipedçilərin "Synergy Baku" komandasının üzvləri ilə hansı səviyyədə mübarizə aparması da mənim üçün çox maraqlı idi. Gördüklərimdən məmnunam, çünki gənclər özlərini göstərmək üçün çox çalışdılar. Elçin, Tural, Samir, Aqşin kimi təcrübəli velosipedçilərlə eyni yarışda çıxış etmək onlara hər gün müyəssər olmur.

- "Synergy Baku" komandasının üzvlərinin çıxışı necə, sizi qane etdimi?
- Bəli, komanda üzvlərimizin çıxışları gözlənilən kimi oldu və nəticələri qanunauyğunluq kimi qəbul edirəm. Məni sevindirən məqam velosipedçilərimizin vahid komanda halında, düzgün taktiki gedişlər əsasında çalışmasıdır. Görünən odur ki, "Synergy Baku Cycling Project" bu velosipedçilərin öz peşəkarlıqlarını artırması üçün əla bir məktəbdir. Bundan başqa, həm fərdi, həm də qrup ötüşmələri zamanı gənclərlə daha təcrübəli idmançıların eyni məsafəyə mübarizə aparmasının əsas məqsədi o idi ki, biz onları müqayisə edək və istedadları üzə çıxaraq.

- Yarışın gedişində xüsusi testlər vasitəsilə 17 yaşadək yeniyetmə idmançıları ayrıca yoxladınız. Onların potensialı parlaq gələcək vəd edirmi?
- Aparılan testlər onu göstərdi ki, Azərbaycanda kifayət qədər perspektivli velosipedçi var. Son illər ərzində Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinin gördüyü işlər öz bəhrəsini verməkdədir. Əgər bu yeniyetmələrlə işlər bundan sonra da bu tempdə davam edərsə, 4-5 ildən sonra onlar "Synergy Baku" kontinental komandasının heyətinə cəb edilə və yeni mərhələyə çıxa bilərlər. Velosipedçilər üçün lazım olan bütün şərait federasiya tərəfindən yaradılıb, odur ki hər şey onların özündən asılıdı.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.