30 iyun 2014 15:41

Azərbaycan çempionu Daşkəsəndə müəyyənləşdi

Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, ölkəmizin ən güclü velosipedçilərini müəyyənləşdirən yarışın sonuncu gününün finişi Daşkəsəndə baş tutub.

Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparıb. Bundan başqa, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 4 üzvü, müvafiq olaraq Elit və U-23 milli komandalarımızın da şərəfini qoruyan Elçin Əsədov, Aqşin İsmayılov, Tural İsgəndərov və Samir Cəbrayılovun da yarışda iştirakı ona olan marağı xeyli artırıb. Yeri gəlmişkən, "Synergy Baku"nun baş məşqçisi Ceremi Hant da ölkə çempionatının gedişini izləyənlər arasında olub.

Yarışın proqramına əsasən, sonuncu gün Elit, U-23 və gənclər arasında 120 km məsafəyə qrup ötüşməsi üzrə ən güclülər müəyyənləşib. Yürüşə Gəncə şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi önündən start verən velosipedçilər Göy-Göl rayonundan keçməklə Daşkəsənə doğru istiqamətləniblər.

Startdan dərhal sonra əsas mübarizənin pelotondan xeyli aralanan "Synergy Baku" komandasının üzvləri Elçin Əsədov, Tural İsgəndərov və Samir Cəbrayılov arasında gedəcəyi müəyyənləşib. İlk 20 km-dən sonra Tural İsgəndərov əsas rəqibləri ilə təxminən 2 dəqiqəlik fərq yaratsa da, sonradan Elçin Əsədov önə keçib. Marşrutun Daşkəsən ərazisində yerləşən dağ yollarında isə Elçin xeyli irəli gedərək rayon mərkəzində, dəniz səviyyəsindən 1525 metr hündürlükdə yerləşən finiş xəttini hamıdan öndə keçib - 3 saat, 27 dəqiqə, 35 saniyə. Tural İsgəndərov çempiona 30 saniyə uduzmaqla gümüş medala yiyələnib. İlk üçlüyü Samir Cəbrayılov tamamlayıb - 3 saat, 30 dəqiqə, 33 saniyə.

"Qalib gəlməyimdə Tural İsgəndərovun böyük köməyi oldu. Biz uzun müddətdir ki bir komandada çıxış edirik və bu üzdən də bir-birimizi yaxşı başa düşürük" - deyən Azərbaycan çempionu Elçin Əsədov hər şeyin düşünülmüş taktika əsasında həyata keçdiyini vurğulayıb. O, Azərbaycan çempionu titulunun özü üçün böyük stimul olduğunu xüsusi qeyd edib.

Gənclər arasında isə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq, Gənclər İdman Məktəbinin təmsilçiləri Kənan Qəhrəmanlı, Nicat Qarayev və Elmar İlyasov ilk 3 pilləni bölüşüblər.

Təltifetmə mərasimindən öncə Daşkəsən rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri, həmçinin idmançı və məşqçilər Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək Ulu Öndərin xatirəsinə olan ehtiramlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. (AVİF)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.