27 iyun 2014 17:05

Azərbaycanın ən güclüləri müəyyənləşir

Bu gün velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına start verilib. Azerisport.az xəbər verir ki, ölkəmizin ən güclü velosipedçilərini müəyyənləşdirən yarışın ilk günü Samux rayonunda baş tutub.

Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparır. Bundan başqa, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 4 üzvü, müvafiq olaraq Elit və U-23 milli komandalarımızın da şərəfini qoruyan Elçin Əsədov, Aqşin İsmayılov, Tural İsgəndərov və Samir Cəbrayılovun da yarışda iştirakı ona olan marağı daha da artırır. Yeri gəlmişkən, "Synergy Baku"nun baş məşqçisi Ceremi Hant da ölkə çempionatının gedişini izləyənlər arasındadır.

Yarışın proqramına əsasən, bu gün Elit, U-23 və gənclər 30 km, U-17 yaş qrupunda çıxış edən velosipedçilər isə 15 km məsafəyə fərdi ötüşmədə (time trial) mübarizə aparıblar. Nəticələrə gəlincə, Elit və U-23 yaş qrupunda gözlənildiyi kimi ilk 3 yeri “Synergy Baku” komandasının üzvləri tutub. 30 km məsafəni 40 dəqiqə, 2 saniyəyə başa vurmaqla Azərbaycan çempionu adını qazanan Elçin Əsədov bununla da Samir Cəbrayılov (41 dəqiqə, 45 saniyə) və Tural İsgəndərovu (42 dəqiqə, 2 saniyə) geridə qoyub.

Gənclərin mübarizəsində isə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq, Gənclər İdman Məktəbinin təmsilçisi Nicat Qarayev ən yaxşı nəticə göstərib – 47 dəqiqə, 4 saniyə. 2-ci yeri 48 dəqiqə, 27 saniyə göstərici ilə Elmar İlyasov (Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi), 3-cü yeri isə məsafəni 48 dəqiqə, 51 saniyəyə qət edən Nəbi Rəhimov (Sumqayıt Velosiped İdmanı Klubu) tutub.

Və nəhayət, 17 yaşadək velosipedçilərin mübarizəsində 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq, Gənclər İdman Məktəbinin 2 üzvü ilk üçlükdə qərarlaşıb. Mikayıl Səfərli (22 dəqiqə, 52 saniyə) 1-ci, Maksim Napyorstkov isə (23 dəqiqə, 42 saniyə) 3-cü olub. 2-ci yerə “Lokomotiv” klubunun təmsilçisi Kərim Şirəliyev (23 dəqiqə, 13 saniyə) layiq görülüb.

İyunun 28-də U-17 yaş qrupu üzrə velosipedçilər Samuxda 70 km məsafəyə qrup ötüşməsində Azərbaycan çempionunu müəyyənləşdirəcəklər. Nəhayət, iyunun 29-da, ölkə çempionatının sonuncu günü Elit, U-23 və gənclər Gəncə şəhərindən qrup şəklində start götürməklə Daşkəsənə qədər olan 120 km məsafəyə yürüş edəcəklər. Bu mərhələnin əsas xüsusiyyəti Daşkəsən ərazisində dağ yollarının da olmasıdır.
 
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Qaliblər medal, diplom və pul mükafatı ilə təltif ediləcək. (AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.