23 iyun 2014 12:39

Gənc velosipedçilərimiz Almaniyada yarışıblar

Ölkəmizin şose velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 5 üzvü iyunun 20-22-də Almaniyanın Karlsberq şəhərində keçirilən turnirdə iştirak edib. Azerisport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planında "Millətlər Kuboku" adı altında yer alan yarışın 2-ci mərhələsi kimi xarakterizə olunan və "Trofeo Karlsberg" adlanan yürüşdə idmançılarımız ümumilikdə 286 km məsafə qət ediblər.

Yarışın 98.6 km-lik 1-ci mərhələsində idmançılarımızdan Elgün Əlizadə starta çıxan 107 iştirakçı arasında 17-ci nəticə göstərib. 79 km-dən ibarət olan 2-ci mərhələdə Elgün nəticəsini bir qədər də yaxşılaşdıraraq finişi 16-cı keçib. Ən nəhayət, sonuncu yarış günü iştirakçılar çətin yollarla 100 km məsafə qət ediblər ki, burada da yığma komanda üzvlərimizdən mərhələni ən tez başa vuran Elgün Əlizadə olub.

Beləliklə, 3 mərhələnin yekununa əsasən, yarış qalibinə 6 dəqiqə, 32 saniyə uduzan Elgün Əlizadə 107 velosipedçi arasında 45-ci yeri tutub. Qeyd edək ki, gənc velosipedçilərimiz aprelin sonlarında Xorvatiyada "Millətlər Kuboku" turnirinin 1-ci mərhələsi olan və "Trofeo Karlsberg"ə nisbətən asan marşrutları ilə xarakterizə edilən “Tour of İstria” yarışında da iştirak ediblər. Bu turnirdə də idmançılarımızdan ən yüksək nəticəyə Elgün Əlizadə imza atmış və yarış qalibindən 36 saniyə geri qalmaqla 28-ci olmuşdu.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.