23 iyun 2014 18:14

Velosipedçilərimizdən uğurlu çıxış

Bir neçə gün əvvəl Çexiyanın Brno şəhərində velosiped idmanının trek növü üzrə keçirilən “GP Sprint of South Moravia” kubokunda həm sprint, həm də keyrin yarışlarında qalib gələn yığma komandamızın velosipedçisi Olqa İsmayılova bu dəfə birinci kateqoriyalı “Cottbuser SprinterCup”da dünyanın ən güclü velosipedçiləri ilə mübarizə apararaq 500 metr məsafəyə sprint yarışında və keyrində ilk onluğa düşməyi bacarıb. Azerisport.az xəbər verir ki, Rusiya, Almaniya, Böyük Britaniya, Belçika, Fransa, Çin kimi ölkələrin əsas heyətlə qatıldığı yarışda olimpiya çempionu, almaniyalı Kristina Vogel, həmçinin son dünya çempionatının qalib və medalçıları  da iştirak ediblər.

Trek üzrə yığma komandamızın gənc velosipedçisi Nicat Niftəliyev isə yeniyetmələr arasında 200 metr məsafəyə sprint yarışında uğurla çıxış edərək ümumi nəticədə 10-cu yeri tutub. Digər velosipedçimiz Sergey Omelçenkoya gəlincə, o keyrin üzrə yarışlarda 1/4 final mərhələsinədək irəliləyib və 58 velosipedçi arasında 17-ci olub.

Diqqət çəkən daha bir məqam son yarışlarda uğurla çıxış edən və heyəti Elmar İsmayılov, Nicat Niftəliyev və Maksim Buşmindən ibarət olan skretç üzrə kişilərdən ibarət yığma komandamızın bunun nəticəsi olaraq Dünya Kubokuna vəsiqə qazanmasıdır. Bir neçə mərhələdən ibarət olan Dünya Kuboku yarışları isə dünya çempionatında iştirak üçün tramplin rolunu oynayır.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.