13 iyun 2014 14:53

Milli Qurtuluş gününə həsr olunmuş Azərbaycan çempionatı keçiriləcək

İyunun 14-də Veloparkda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş yarışda peşəkar velosipedçilərlə yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilər.

Yarışın reqlamentinə əsasən, Elit və U-23 yaş qrupunda çıxış edəcək idmançılar ümumi uzunluğu 2300 metr olan marşrut boyunca 8, yeniyetmə və gənclər 6, həvəskar dağ velosipedçiləri isə 4 dövrə vuracaqlar.

Müvafiq idman ləvazimatı (velosiped və baş geyimi) olan hər bir həvəskar velosipedçi yarışda iştirak etmək üçün federasiya ilə əlaqə saxlamaqla (012 566 74 88; 077 450 25 13; e-poçt: [email protected]) qeydiyyata düşə bilər.

Yarış günü iştirakçılar saat 10.00-dan etibarən Veloparkdakı mərkəzi meydanda qeydiyyata alınacaqlar. Yarışa saat 11.00-da start veriləcək. “Tour d’Azerbaidjan-2014” veloyürüşünün virtual oyun versiyasının qalibi də çempionat başa çatdıqdan dərhal sonra mükafatlandırılacaq.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Həm peşəkarlar, həm də həvəskarlar arasında fərqlənən idmançılar federasiya tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. (AVİF-in mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.