31 may 2014 14:28

Eurosport: Azərbaycan yüksək təşkilatçılıq bacarığını gələn il bir daha göstərəcək

“Tour d”Azerbaidjan-2014” veloyürüşü ilə əlaqədar ölkəmizdə olan Avropanın ən nüfuzlu idman kanalı “Eurosport”un əməkdaşları Azərbaycanla bağlı daha bir süjet hazırlayıblar. Azerisport.az xəbər verir ki, materialda ölkəmizdə idmana olan dövlət qayğısından, Azərbaycanın füsunkar təbiətindən və “Bakı-2015” Avropa Oyunlarına hazırlıqdan bəhs olunur.
Kanal əməkdaşlarına müsahibə verən “Synergy Baku Cycling Project” komandasının baş meneceri David McQuaid son illər Azərbaycanda velosiped idmanının inkişafına xüsusi diqqət yetirildiyini bildirib. O, ölkəmizdə güləş, cüdo, otüstü hokkey kimi idman növlərinin xüsusi populyarlıq qazandığını deyərək Azərbaycan idmançılarının planetin ən ali idman yarışlarında uğurlu çıxışından söhbət açıb: “Dövlətin idmana qayğısından savayı, iş adamları və sponsorların da bu sahəyə vəsait xərcləməsinin nəticəsidir ki, Azərbaycan idmanı durmadan inkişaf edir” – deyən David McQuaid “Synergy Baku”nun timsalında Azərbaycanda velosiped idmanının çiçəklənmə dövrü yaşadığını vurğulayıb.
Süjet müəllifinin sözlərinə görə, günü-gündən inkişaf edən Azərbaycan təkcə idmanı ilə deyil, həm də gözəl təbiəti ilə dünyada tanınmaq istəyir.
"Synergy Group" ASC-nin Müşahidə Şurasının sədri Riyad Hüseynovun sözlərinə görə, diqqətçəkən 2 amil təşkilatçılara özlərini xoşbəxt hiss etməyə imkan verir. Birincisi, yüksək təşkilatçılıq, ikincisi isə yarışın baş sponsoru kimi, “Synergy Group”un özünün qarşısına qoyduğu məqsəd, yəni idmanın inkişafına və populyarlıq qazanmasına nail olmaq. Sitat: “Yeniyetmə və gənc nəslin idmana cəlb olunması bizim əsas məqsədlərimizdəndir və düşünürəm ki, biz buna nail ola bilmişik”.
Gələn il Azərbaycanın bu cür böyük yarışları təşkil etmək bacarığını, paytaxt Bakının və ümumiyyətlə ölkənin necə gözəl olmasını bütün dünyaya nümayiş etdirmək üçün daha bir imkanı olacaq. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru Saymon Kleq lazımi infrastrukturun yaradılması üçün xərclənən vəsaitin özünü tam doğruldacağından əmindir: “Səbirsizliklə gələn il keçiriləcək ilk Avropa Oyunlarını gözləyirəm və əminəm ki, Azərbaycanın çox böyük gələcəyi var”.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.