27 may 2014 13:44

Dağ velosipedçilərimiz Türkiyədə yarışıblar

Türkiyənin Batman şəhərində dağ velosipedi (Mountain bike - MTB) üzrə “Batman Cup” beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına əsasən təşkil olunan və çətinlik dərəcəsinə görə 2-ci kateqoriyaya aid edilən bu yarışda Azərbaycan yığmasının 3 üzvü mübarizə aparıb.
Reqlamentə əsasən iştirakçılar enişli-yoxuşlu, daşlı yollarda hər biri 5 km-dən ibarət 7 dairə vurublar. Təmsilçilərimizdən ən yaxşı nəticə Aqşin İsmayılova məxsusdur. O, 1 saat, 54 dəqiqə, 6 saniyə göstərici ilə 23 iştirakçı arasında 8-ci yeri tutub. Bu isə idmançımıza 4 reytinq xalı qazandırıb.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən, hər yarışda toplanan xallar velosipedçilərə daha nüfuzlu yarışlarda iştiraka imkan yaradır.
Komandamızın digər üzvlərinə gəlincə, Orxan Məmmədov 14-cü, Murad Sultanov isə 16-cı olub. Yığma komanda məşqçilərinin sözlərinə görə, marşrutun çətinliyini və mövsümün yeni başlamasını nəzərə almaqla, idmançılarımızın çıxışını qənaətbəxş saymaq olar.
“Batman Cup” turnirinin ardınca idmançılarımız Türkiyədə daha bir yarışda mübarizə aparacaqlar - onlar iyunun 1-də Ərzurumda Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Erzurum Cup” turnirində çıxış edəcəklər.
Qeyd edək ki, gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının proqramına dağ velosipedi (Mounten Bayk) da daxildir və bununla əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyası bu sahənin inkişafını xüsusi diqqətdə saxlayır. Əsas məqsəd idmançılarımızın Avropa Oyunlarında layiqli çıxışına nail olmaqdır.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.