26 may 2014 12:50

An Post Ras veloyürüşündə uğurlu sonluq

İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “An Post Ras” veloyürüşü Azərbaycanın “Synergy Baku” komandası üçün uğurla başa çatıb. Azerisport.az xəbər verir ki, belə ki, təmsilçilərimiz 8 mərhələdən ibarət yarışı 2 mərhələ qalibiyyəti və 1 köynəklə başa vurublar.
36 kollektivin iştirak etdiyi yarışın 134.3 km-lik sonuncu mərhələsində “Synergy Baku”nun üzvü Daniel Klemme finişi liderdən 38 saniyə gec keçməklə 2-ci yeri tutub - 2 saat, 58 saniyə, 45 saniyə. Eyni nəticəyə imza atan Kristof Şvayzer isə 16-cı olub. Bu Şvayzerə yekun sıralanmada 5-ci pillədəki yerini qorumağa imkan verib.
7-ci mərhələnin ən yaxşı dağ velosipedçisi olan Markus Eybeger isə 8-ci mərhələdə bu üstünlüyünü qoruya bilib və bununla da 97 xalla “An Post Ras” veloyürüşünün “Dağ Kralı” adına layiq görülüb.
Xatırladaq ki, Eybeger bu yarışın 6-cı mərhələsində finiş xəttini 1-ci keçməklə mərhələ qalibiyyəti sevinci də yaşamışdı. İrlandiya turunun 3-cü mərhələsində isə “Synergy Baku”nun digər üzvü Yan Sokol hamıdan güclü olmuşdu. Əldə edilən bu nailiyyətlər “Synergy Baku”nun yarışı komanda hesabında 5-ci pillədə bitirməsinə şərait yaradıb.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.