21 may 2014 16:16

Eurosport: Azərbaycan bir daha sübut etdi ki...

Dünyaca məşhur “Eurosport” kanalı mayın 7-11-də keçirilmiş “Tour d”Azerbaidjan-2014” veloyürüşü ilə bağlı maraqlı süjet hazırlayıb. Azerisport.az xəbər verir ki, materialda Azərbaycanda idmanın inkişafından, ölkəyə olan turist axınından və gələn il keçiriləcək ilk Avropa Oyunlarından bəhs edilir.

Süjetin müəllifi 25 komandanın iştirakı ilə keçirilən 5 mərhələli yarışda 8-i Pro Kontinental olmaqla, ümumilkdə 25 komandanın iştirak etdiyini bildirib və bu amili yarışa olan marağın ildən-ilə artması ilə əlaqələndirib. Beynəlxalq Velosipedçilər İttifaqının təqvim-planında önəmli yer tutan nüfuzlu yarışın tanınmış qonaqları da “Tour d”Azerbaidjan” haqqında yüksək fikirlər söyləyiblər. Məsələn, 2008-ci il “Tour de France” veloyürüşünün qalibi, ispaniyalı Karlos Sastre velosiped idmanı üzrə yarışların coğrafiyasının genişlənməsindən məmnunluqla danışıb və Azərbaycanda idmana olan böyük sevgini xüsusi vurğulayıb. Sitat: “Əminəm ki, Azərbaycan böyük potensiala malik və qarşısına qoyduğu məqsədlərə çatmağı bacaran bir ölkədir”.

“Tour d”Azerbaidjan-2014” ölkəmizə təkcə xarici turistlərin yox, həm də dünyanın ən nüfuzlu velosiped komandalarının gəlməsinə şərait yaradıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, qurum velosiped idmanının bütün növlərinin geniş yayılması üçün lazımi işlər həyata keçirir və bu tip yarışların təşkili də inkişafı şərtləndirən əsas amillərdəndir.

Türkiyənin “Torku Şəkərspor” komandasının nümayəndəsi, 2011-ci il nüfuzlu “Vuelta” veloyürüşünün qalibi Xuan Xose Kobo yarışın ildən-ilə artan nüfuzundan danışıb və 2.1 kateqoriyalı “Tour d”Azerbaidjan” yarışının velosipedçilər üçün önəmli bir tura çevrildiyini deyib.

Turun texniki direktoru, almaniyalı Albrext Röder isə Azərbaycanın qarşıdakı illərdə daha nüfuzlu yarışlar, məsələn hətta dünya çempionatını belə keçirmək iqtidarında olduğunu söyləyib.

Süjetdə “Tour d”Azerbaidjan-2014”ün sonuncu, 5-ci mərhələsinin paytaxt Bakı küçələrində təşkili də xüsusi vurğulanıb və bu Azərbaycanın gələn il ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına hazırlığının önəmli bir hissəsi kimi dəyərləndirilib.

Müəllif süjeti bu sözlərlə tamamlayıb: “Azərbaycan bir daha sübut etdi ki, mümkünsüzü həyata keçirmək mümkündür”. (AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.