16 may 2014 14:22

Avropa Velosipedçilər Ittifaqından təbrik məktubu

Avropa Velosipedçilər Ittifaqının prezidenti David Lappartien Beynəlxalq Velosipedçilər Ittifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” veloyürüşünün yüksək təşkilatçılığı və uğurla başa çatması münasibətilə Azərbaycan Velosiped Idmanı Federasiyasının prezidenti Fazil Məmmədova məktub ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli, cənab prezident!
Avropa Velosipedçilər Ittifaqı adından Sizi “Tour d’Azerbaidjan-2014” veloyürüşünün yüksək təşkilatçılığı münasibətilə təbrik edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, qurumun baş katibi Enriko de la Kassa və onu müşaiyət edən texniki komissiya xüsusən yarışın mayın 11-də paytaxt Bakıda keçirilən son mərhələsi ilə bağlı hazırladığı raportunda Işərişəhər marşrutu ilə bağlı xüsusi qeydlər edib və ən xoş təəssüratlarını bölüşüblər.
Bizim texniki komissiya “Bakı-2015”in Təşkilat Komitəsi ilə məsləhətləşmələr apardıqdan sonra gələn il keçiriləcək ilk Avropa Oyunlarının marşrutu ilə bağlı ətraflı məruzə hazırlayıb.
“Eurosport” kanalı ilə gördüklərimizə əsasən, Bakının həm müasirlik, həm də tarixilik baxımından gözəlliyinin bir daha şahidi olduq. Xüsusən, Içərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası Bakının çoxəsrlik tarixə malik olduğunu bir daha sübut edir.
“Tour d’Azerbaidjan-2014” veloyürüşünün son mərhələsinin “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışlarının keçiriləcəyi yollar boyunca təşkili olduqca müsbət haldır və bütün iştirakçılar Bakını daha yaxından tanımaq imkanı qazanıblar.
Əminəm ki, 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq və iştirakçılar Bakıdan xoş təəssüratlarla ayrılacaqlar. Bir daha öz dərin hörmət və ehtiramımı sizə bildirir və ən xoş arzularımı çatdırıram”.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.