13 may 2014 13:22

Synergy Group-da görüş keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Tour d’Azerbaidjan-2014” beynəlxalq veloyürüşdə ölkəmizi təmsil edən “Synergy Baku” komandasının üzvləri yarışın baş sponsoru “Synergy Group” rəhbərliyi ilə görüşüb. Azerisport.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri “Synergy Group”un Müşahidə Şurasının sədri Riyad Hüseynov komanda üzvlərini qəbul edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyib:
“Tour d`Azerbaidjan” velosiped yürüşündə dünyanın ən güclü komandaları ilə mübarizə aparmaq asan deyil. Komandamızın cəmi 18 aydır ki fəaliyyət göstərməsini nəzərə alsaq, sizin hər biriniz üçün bu veloyürüş mühüm hadisə, dəyərli təcrübədir. Ölkəmizdə hər sahədə olduğu kimi, bu idman növünə olan qayğı nəticəsində xeyli irəliləyiş var. Biz də öz növbəmizdə “Davamlı gələcəyə doğru” şüarımıza sadiq qalaraq Azərbaycanda bu sahənin daha da inkişafını dəstəkləyirik. Əsas məqsədimiz sizin 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları və 2016-cı ildə Rio de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməyinizə yardım etməkdir. Bunun üçün zəruri olan hər bir dəstəyi göstərməyə hazırıq.”
Nəzərinizə çatdıraq ki, 2013-cü il komanda üçün debüt ili olsa da, “Synergy Baku” üzvləri ötən il iştirak etdikləri mötəbər yarışlarda 15 dəfə fəxri kürsüyə qalxıblar. “Tour d’Azerbaidjan-2014”də isə “Synergy Baku” komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov ən yaxşı Azərbaycanlı velosipedçi kimi təltif edilib.
Həmçinin, komandanın heyətində bu il trek üzrə dünya çempionu olmuş avstraliyalı Lük Deyvison, öz ölkələrinin çempionları, irlandiyalı Metyu Bremmier, Konnor Makkonvey, Azərbaycanın Elit və U-23 milli komandalarının üzvləri Elçin Əsədov, Tural İsgəndərov kimi güclü velosipedçilər var. Komandaya rəhbərlik edən peşəkar menecer və məşqçilər heyət üzvlərinin dinamik inkişaf planını hazırlayıb həyata keçirməkdədirlər.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.