11 may 2014 19:00

Sahib Ələkbərov: Azərbaycanda velosiped idmanının gələcəyi parlaqdır

Azərbaycan Velosiped idmanı federasiyasının vitse-prezidenti Sahib Ələkbərov “Tour d`Azerbaidjan-2014” veloturu və ümumilikdə Azərbaycanda velosiped idmanının gələcəyi ilə bağlı fikirlərini bildirib. Azerisport.az vitse-prezidentin fikirlərini diqqətinizə çatdırır:
“5 günlük mübarizədən sonra hamı müəyyən qədər yorğundur. Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) adından hər bir komandaya, fəxri qonaqlara, iştirakçılara və mətbuat nümayəndələrinə dərin minnətdarlığımızı bildiririk”. Bu sözləri AzVİF-in vitse-prezidenti, “Tour d’Azerbaidjan-2014” veloyürüşünün Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışın yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O “Tour d`Azerbaidjan-2014”ün 5 mərhələsini dəyərləndirərək bildirib ki, yarış uğurla başa çatıb: “Veloyürüşü itkisiz, heç bir zədə olmadan başa vurduq. Bunun üçün köməyi olan hər bir şəxsə öz təşəkkürümü bildirirəm. Azərbaycanda bütün idman növlərinin inkişafı üçün hər bir şərait var və dövlət dəstəyi yüksəkdir”.
Federasiyanın vitse-prezidenti velosiped idman tariximizdə ilkə imza atdıqlarını da deyib. Onun sözlərinə görə, turun son mərhələsinin 1,5 saatının “Eurosport” kanalı vasitəsi ilə canlı göstərilməsi və bütün dünyanın bunu izləməsi birinci dəfə məhz “Tour d`Azerbaidjan-2014”də reallaşıb.
Sahib Ələkbərov ənənəvi yarışın ildən-ilə inkişaf edəcəyini və daha yaxşı keçirilməsi istiqamətində çalışacaqlarını vurğulayıb. O bildirib ki, Azərbaycanda artıq yeni gənc velosipedçi nəsli yetişməkdədir: “Bu yarışda Samir Cəbrayılov sübut etdi ki, Azərbaycanda velosiped idmanının gələcəyi parlaqdır”.
“Tour d`Azerbaidjan-2014”ün son mərhələsini Avropa Oyunlarına bir hazırlıq kimi qiymətləndirmək olar. Biz bunun şahidi olduq”. Avropa Velosiped İttifaqının vitse-prezidenti, Rusiya Velosiped İdmanı Federasiyası prezidentinin məsləhətçisi Aleksandr Qusyatnikov belə deyib.
5 mərhələdən ibarət veloyürüşü canlı izləyən qurum rəsmisi təşkilatçılıqdan razı qalıb. Qusyatnikov bildirib ki, Azərbaycan Velosiped İdmanı Federasiyası bununla 2015-ci ildə təşkil olunacaq ilk Avropa Oyunlarına hazır olduğunu bir daha nümayiş etdirib: “Əmin olduq ki, Bakı həmin böyük yarışa hazırdır. Avropa Velosiped İttifaqı Azərbaycandakı inkişafdan razıdır və hər dəstəyi verir. Azərbaycanda idmana ölkə başçısı tərəfindən də böyük dəstək var. Tikilmiş çoxsaylı idman kompleksləri buna əyani sübutdur. Cəmi 2 yaşı olan velotur gənc nəslin özünü sübut etməsi üçün əla bir şansdır”.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.