8 may 2014 18:00

Tour d’Azerbaidjan-2014-də 2-ci mərhələ geridə qaldı

Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünün ikinci mərhələsi keçirilib. Azerisport.az xəbər verir ki, 25 komandanın iştirakı ilə təşkil olunan yürüşdə idmançılar saat 10:30-da Velosiped Parkından start götürməklə Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər və İsmayıllı rayonunadək 187 km məsafə qət ediblər.
Mərhələnin qalibi İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin qarşısında müəyyənləşib. Finiş xəttini birinci Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoz Roqliç keçib – 4 saat, 55 dəqiqə, 2 saniyə. Ondan 1 saniyə geri qalan avstaliyalı Uilyam Klark (“Drapak Professional Cycling”) 2-ci, finişi liderdən 9 saniyə gec keçən italiyalı Rafael Andriato (“Neri Sottoli”) 3-cü olub.
“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticəyə Aleksandr Surutkoviç imza atıb – o liderə 15 saniyə uduzmaqla 28-ci olub. Klark ümumi hesabda liderliyi ələ alıb və göy köynəyə sahib çıxıb. Roqliç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı, sloveniyalı Matey Muqerli isə (“Adria Mobil”) ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib. Ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan ağ-bənövşəyi köynək isə isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) verilib.
“Bu qələbə mənim üçün böyük əhəmiyyət kəsb edir” - bu sözləri ikinci mərhələnin qalibi, sloveniyalı Primoz Roqliç deyib. O mətbuat konfransında qələbəsinə belə şərh verib: “Karyeramda ilk qələbəmi qazandım. Dağ finişini ötdükdən sonra qalib gələcəyimə əminlik yarandı”.
“Tour d’Azerbaidjan-2014” veloyürüşündə ümumi hesabda liderliyə yüksələn avstraliyalı Uilyam Klark isə uğurunu belə dəyərləndirib: “İstərdim ki, liderin daşıdığı göy köynəyi özümdə mümkün qədər çox saxlayım. Axşam yaxşı istirahət edib, buna nail olmağa çalışacam. Azərbaycana ilk dəfə gəlirəm. Yarış əladır. Mən burada olmaqdan həzz alıram”.
“Tozlu ilk gündən sonra belə mənzərəli yerdə mübarizəyə şahidlik etmək çox maraqlı idi”. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov 2-ci mərhələ ilə bağlı fikirlərini bölüşərkən belə deyib: “Bu yarış ikinci dəfədir indiki adı ilə keçirilir. Düşünürəm ki, iki mərhələnin yekununa əsasən bütün tələbləri yerinə yetirmişik. Qarşıdakı günlərdə daha mənzərəli yerlərdə mərhələlər olacaq. Son mərhələ isə Bakıda keçiriləcək və həmin gün daha yaxşı hava olacaq”.
Mətbuat konfransında iştirak edən Avropa Velosipedçilər İttifaqının fəxri baş katibi Ronald Hofer Azərbaycanda gördüklərindən razılıqla danışıb: “Mən Azərbaycana ilk dəfə gəlirəm. Yarış çox əla təşkil olunub. Yarışın kateqoriyası 2.1-dir, amma gələcəkdə daha da yüksələ bilər. Otellər əla, yollarda təhlükəsizlik çox gözəldir. Əminəm ki, gələcəkdə bu yarışda “Pro” komandaları da iştirak edəcək. Bu yaxınlarda Türkiyədə belə yarışda iştirak edirdim. Çox gözəl idi. Onlarda yarışın 50 illik tarixi var. Azərbaycan isə buna son 2 ildə nail olub”.
Qeyd edək ki, yarışın 3-cü günündə iştirakçılar Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (180 km) qayıdacaqlar.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.