7 may 2014 17:55

Tour d’Azerbaidjan-2014-də ilk mərhələ baş tutdu

Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünə start verilib. Azerisport.az xəbər verir ki, 25 komandanın qatıldığı və 5 mərhələdən ibarət olan yarışın 154 km-dən ibarət ilk mərhələsi başa çatıb.

Dövlət Bayrağı Meydanının dəstəyi ilə buradan start götürüb, Sumqayıtda başa çatan yürüşün qalibi İtaliyanın “Androni Giocattoli” klubunun üzvü, hollandiyalı Kenni van Hummel olub – 3 saat, 46 dəqiqə, 38 saniyə. O, növbəti mərhələdə liderin daşıdığı göy köynəklə çıxış edəcək. Ən yaxşı sprinterə verilən yaşıl köynək də ona qismət olub.

Ukraynanın “Kolss Cyclind Team” komandasının velosipedçisi Vitali Buts 2-ci olub. Bu idmançı ən yaxşı dağ velosipedçisi kimi qırmızı köynəyə də sahib çıxıb. İspaniyanın “Caja Rural Seguros” komandasında çıxış edən italiyalı David Viqano 3-cü olub. “Synergy Baku” komandasında ən yaxşı göstəriciyə Maksim Averin imza atıb – o finiş xəttəni liderlə eyni vaxtda keçsə də, 4-cü olub.

Ən yaxşı gənc velosipedçi isə Aleks Frey olub. İsveçin “Development Team Giant- Shimano” komandasının üzvü ağ-bənövşəyi köynəyə sahib çıxıb.

“Azərbaycana gəlməzdən əvvəl məni ölkənizin necə olması düşündürürdü. Gəlib hər şeyin əla olduğuna şahid oldum”. Bu sözləri veloyürüşün 1-ci mərhələsinin qalibi Kenni van Hummel deyib.

O, yürüşdən sonra keçirilən mətbuat konfransında qələbəsinə şərh verib: “Yollarınız çox gözəldir. Fikrimcə, bu gedişlə yarış yalnız inkişaf edə bilər. Startdan əvvəl küləkdən ehtiyat edirdim. Çünki güclü külək əsirdi. Lakin 5 km qət edəndən sonra bir az rahatlaşdım. Finişə 500 m qalmış məni irəli gətirdilər. 300 m qalmış isə özüm irəli sıçradım. Hələlik özümü yarışın deyil, mərhələnin qalibi görürəm. Sabah da eyni uğuru qazanmağa çalışacam”.

Mətbuat konfransında iştirak edən “Tour d’Azerbaidjan-2014” veloyürüşünün fəxri qonağı, 2008-ci il “Tour de France”in qalibi, ispaniyalı Karlos Sastre isə 1-ci mərhələ ilə bağlı fikirlərini bildirib: “Bu yarışın böyük potensialı var. Bütün dünya Azərbaycan turunu izləyir. Hər şey çox yüksək səviyyədədir. Velosipedçilər küləyə əks istiqamətində irəliləməli idilər. Yürüşün 1-ci qrupu ilə ikincilər arasında təxminən 10 dəqiqə fərq var idi. Burada əla şərait var. İdmançılar və qonaqlar üçün yaradılan imkanlar gözəl təəssürat yaradır”.

“Bu günkü mərhələnin fərqlənənləri çox çətin şəraitdə mübarizə aparıb, qalib oldular. Azərbaycanda 11 iqlim qurşağından 9-u var bu gün də bunlardan birini qonaqlara göstərdik”. Bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib.

O, “Tour d’Azerbaidjan” veloyürüşünün bu gün keçirilən I mərhələsindən sonra baş tutan mətbuat konfransında yarış haqda danışıb: “İdmançılar səhra və yarımsəhra ilə tanış oldular. Sabah isə İsveçrə və Avstriya iqlimlərini görəcəksiz. Növbəti mərhələlərdə başqa bir gözəlliyin şahidi olacaqsız. “Sinergy Baku”nun üzvü Maksim Averinin göstəricisi yaxşıdır. Komandamız liderlər qrupuna düşə bildi. Düşünürəm ki, növbəti mərhələlərdə velosipedçilərimiz özlərini daha yaxşı göstərəcəklər. Sumqayıtda da hər şey əla idi və buna görə də şəhər rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Gələcəkdə də belə və hətta daha yaxşı olacaq”.

Qeyd edək ki, veloyürüşün ikinci mərhələsi sabah Bakıdan başlayıb, İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.