1 may 2014 13:33

Tour de France-ın qalibi “Tour d'Azerbaidjan-da

Mayın 7-11-də keçiriləcək çoxgünlük “Tour d'Azerbaidjan-2014” veloyürüşünü izləmək üçün ölkəmizə Azərbaycan Velosiped İdmanı Federasiyasının dəvəti ilə velosiped idmanının kifayət qədər tanınmış simaları fəxri qonaq qismində təşrif buyuracaq. Azerisport.az xəbər verir ki, onlardan biri də tanınmış ispaniyalı velosipedçi, nüfuzlu “Tour de France” yarışının qalibi Karlos Sastredir.
39 yaşlı Karlos Sastre 2008-ci ildə Danimarkanın “CSC-Saxo Bank” komandasının heyətində “Tour de France” veloyürüşünün qalibi adını qazanıb. O yürüş ərzində 3 mərhələdə birinci yerə çıxaraq qələbə sevincini yaşayıb. Ümumiyyətlə, 2008-ci ili Sastrenin həyatında ən aktiv dönəm kimi də xarakterizə etmək olar. Belə ki, o karyerasının pik vaxtında, yəni 2008-ci ildə velosiped idmanının ən nüfuzlu yarışları sayılan “Giro d'İtalia”, “Tour de France” və “Vuelta” yürüşlərinin hamısında iştirak etməklə böyük təəccübə səbəb olmuşdu. Xüsusən dağ mərhələlərində inamlı təsir bağışlayan ispaniyalı velosipedçinin karyerasında həmçinin “Giro d'İtalia”nın 2 mərhələ çempionluğu var.
2011-ci ilin sentyabrında peşəkar idmançı karyerasını başa vuran Karlos Sastre velosiped aləmində bir də onunla məşhurdur ki, onun adı 15 illik peşəkar karyerası ərzində bir dəfə belə olsun dopinq qalmaqalında hallanmayıb və buna görə də “Mr. Clean” ləqəbinə layiq görülüb.
“Azərbaycanda velosiped idmanının inkişafı üçün görülən işlərdən xəbərim var. 2 il öncə mənim yaşadığım şəhərin 23 yaşadək velosipedçilərdən ibarət “Smilekers-FPDVS” komandası Azərbaycan turunda iştirak edib və yarışın 2-ci mərhələsinin qalibi olub”, deyə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə müsahibə verən Karlos Sastre ölkəmiz haqqında xoş təəssüratlarının olduğunu bildirib. O, Azərbaycan Turunun qısa zaman kəsiyində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına layiq görülməsini yüksək qiymətləndirərək bunu federasiyamızın işə peşəkar yanaşması kimi dəyərləndirib: “Azərbaycanda velosiped idmanının inkişafını öz gözlərimlə görmək imkanına malik olacağımdan çox məmnunam. 25 komandanın müxtəlif mərhələli, gözəl peyzajlı yarışda iştirakı ölkə üçün çox əhəmiyyətlidir. Bu işlərin gələcəkdə davamı arzusu ilə, Bakıda görüşənədək!”
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.