29 aprel 2014 12:12

Markus Eybeger: Tour d'Azerbaidjan-a hazırıq!

Məlumat verdiyimiz kimi, Fransada keçirmiş Beynəlxalq Velosipedçilər Ittifaqının 2.2 kateqoriyalı “Tour de Bretagne” veloyürüşünün 4-cü mərhələsi “Synergy Baku” komandasının üzvü Markus Eybegerin parlaq qələbəsilə başa çatıb. Azerisport.az xəbər verir ki, bu, Azərbaycan velosiped komandasının cari mövsümdə artıq ikinci böyük uğurudur.
Ötən ay Maksim Averin Xorvatiyada təşkil olunmuş birgünlük “Porec Trophy” turunda analoji nəticəyə imza atmışdı.
“Synergy Baku”da debüt mövsümündə ilk qalibiyyətinə imza atan Markus Eybeger qələbəsini belə şərh edib: “Sevinirəm ki, qələbəm lazım olan vaxta təsadüf etdi. Çünku “Tour d'Azerbaidjan” öncəsi bu bizə əlavə gərginlikdən xilas olmaq üçün olduqca vacib idi. Odur ki, Azərbaycan turuna tam hazır olacağıq!”
“Tour de Bretagne”ın 3-cü mərhələsində 5-ci olan Eybeger 4-cü mərhələdəki qalibiyyəti ilə ümumi sıralanmada 7-ci yerə yüksəlib. Bu isə yarışın yekununa əsasən, komandanın daha üst sıralarda qərarlaşması üçün olduqca önəmlidir. Yeri gəlmişkən, “Synergy Baku”nun heyətində Fransada yarışan velosipedçilərdən ikisi – Elçin Əsədov və Metyu Bremmier soyuqdəymə səbəbindən yarışda iştirakını dayandırıb. Məşqçilər korpusu “Tour d'Azerbaidjan”da yarışacaq bu velosipedçilərin bərpa prosesi keçməsi üçün onlara istirahət vermək qərarına gəlib.
“Markusun bu qələbəsi alqışa layıqdir”, deyən “Synergy Baku”nun baş meneceri David McQuaid isə ondan “Tour d'Azerbaidjan” yürüşündə də uğurlu çıxış gözlədiyini bildirib.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.