25 aprel 2014 14:33

Azərbaycan veloidmanı dünya liderliyinə doğru

Son illər Azərbaycan velosiped idmanının yüksək inkişaf tempi müşahidə olunan ölkəsinə çevrilib. Azerisport.az xəbər verir ki, nüfuzlu “Tour d'Azerbaidjan” veloyürüşünün təşkili, infrastrukturun yaradılması istiqamətində görülən işlər və gənc velosipedçilərin öz bacarıqlarını artırması üçün yaradılan şərait deyilənlərə əyani sübutdur.
Kompleks işlərə sıfırdan başlanılsa da, Azərbaycan indi nüfüzlü veloyürüşü ilə fəxr edə bilər. Bu il mayın 7-11-də keçiriləcək 5 mərhələli “Tour d'Azerbaidjan-2014” yarışının start və finiş günləri Bakıda, qalan mərhələləri isə ölkənin 7 regionunda baş tutacaq. Təşkilindən cəmi 3 il keçməsinə baxmayaraq yarışın Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına layiq görülməsi onun qarşıdakı illərdə daha da irəliləməsini gözləməyə əsas verir.
Paytaxt Bakının şərəfinə adlandırılan “Synergy Baku Cyclyng Project” komandasının nüfuzu, ölkənin tanınmış holdinqlərindən biri “Synergy Group”la birgə günü-gündən yüksəlməkdədir. Kollektivin qarşısında duran əsas məqsədlərdən biri azərbaycanlı velosipedçilərin yeni mərhələyə qədəm qoymaqla öz səviyyələrini daha da yüksəltməsinən ibarətdir.
Bu işdə əmək sərf edən tərəflər Azərbaycan velosipedçilərinin 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına yollanmasına çalışırlar.
Bu yolda vacib faktorlardan biri isə Azərbaycanın 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir. Yarışın proqramına daxil olan 19 idman növü içərisində velosiped də var. “Tour d'Azerbaidjan-2014”ün Avropa Oyunlarının velosiped yarışlarının keçiriləcəyi yollarda təşkili isə hazırlığın ən diqqətçəkən mərhələsidir.
“Yaradılmasından cəmi 1 il keçməsinə baxmayaraq, “Synergy Baku” iştirak etdiyi yarışlarda kifayət qədər inamlı təsir bağışlayır – təkcə 2013-cü ildə komandamızın üzvləri müxtəlif səpkili yarışlarda 15 dəfə fəxri kürsüyə qalxıblar” – deyən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov kollektivin 2014-cü il mövsümünə də uğurla başladığını bildirib. Federasiya rəsmisi Azərbaycanda minlərlə gəncin velosiped idmanı ilə aktiv şəkildə məşğul olduğunu xüsusi vurğulayıb: “İdmançılar üçün lazımi infrastrukturun yaradılması qarşımıza qoyduğumuz əsas məqsədlərdəndir. Hazırda əsaslı şəkildə təmir edilən Respublika velotreki bu il velosipedsevərlərin istifadəsinə veriləcək. Ötən il tikilən velopark isə bu gün tam gücü ilə fəaliyyət göstərir və burada velosiped həvəskarları istədikləri vaxt öz sevimli idman növü ilə məşğul ola bilərlər. Yeri gəlmişkən, gələn il Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları – Baku-2015-ə hazırlıq prosesi çərçivəsində Velopark ərazisində BMX stadionu tikilməkdədir. Adıçəkilən yarışın Azərbaycanda velosiped idmanının  bu növünün də inkişafına böyük kömək olacağına əminik”.
“Synergy Baku” komandasının baş meneceri David McQuaid isə Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində görülən kompleks tədbirlərin dünyada böyük rezonansa səbəb olduğunu bildirib: “Komanda olaraq azərbaycanlı velosipedçilərin olimpiadaya yollanmasına çox ciddi yanaşırıq. Ölkədə idmana olan qayğı və sponsorumuz “Synergy Group”un dəstəyinə öz nəticələrimizlə cavab vermək istəyirik. Azərbaycan heç kimdən asılılığı olmayan və özünə investisiya qoyan bir ölkədir. Siz dünyanın “CNN”, “Eurosport” və digər nüfuzlu kütləvi informasiya vasitələrinə baxsanız, Azərbaycanı tez-tez görə bilərsiniz. 2015-ci il ilk Avropa Oyunları möhtəşəm yarış olacaq. Biz də öz növbəmizdə çalışırıq ki, velosipedçilərimiz bu tədbirə tam hazır olsunlar”.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.