15 aprel 2014 16:11

Yeni ölkə çempionları müəyyənləşdi

Azərbaycan Velosiped idmanı federasiyasının illik təqvim planına əsasən, Xızıda fərdi növlər üzrə ölkə çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, iki gün davam etmiş yarışda müxtəlif yaş qrupları üzrə 49 velosipedçi mübarizə aparıb.

Gənclər və Idman Nazirliyi və Azərbaycan Velosiped idmanı federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş yarışın ilk günündə 15 yaşadək oğlan və qızlar 10 km, 17 yaşadək velosipedçilər 20 km, Elit və gənclər kateqoriyasında yarışan idmançılar isə 30 km məsafəyə fərdi ötüşmədə yarışıblar.

Nəticələrə gəlincə, U-15 yaş qrupunda 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (8OEQIUGVM) təmsilçisi Ravil Xıdırov 17 dəqiqə, 59 saniyə, U-17 yaş kateqoriyasında “Lokomotiv” klubunun idmançısı, Azərbaycanın müvafiq yaş qrupu üzrə yığma komandasının üzvü Kərim Şirəliyev 32 dəqiqə, 11 saniyə, daha yaşlıların mübarizəsində isə Azərbaycanın Elit yığmasının şərəfini qoruyan, həmçinin “Synergy Baku” kontinental komandasının heyətində çıxış edən Məhəmməd Ələkbərov 45 dəqiqə, 11 saniyə göstərici ilə hamını qabaqlayıb.

Çempionatın ikinci günündə isə 15 yaşadək velosipedçilərin 6 km məsafəyə fərdi ötüşməsi 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Xankişi İsgəndərovun hamını qabaqlaması ilə yadda qalıb: 9 dəqiqə, 59 saniyə. 17 yaşlı idmançıların dağ yolları ilə 4,7 km məsafəyə ötüşməsində Kərim Şirəliyev birincilik qazanıb: 14 dəqiqə, 33 saniyə. Nəhayət, Elit, U-23 və gənclərin 2x4,7 km məsafəyə dağ yolları ilə mübarizəsi Məhəmməd Ələkbərovun çempionluğu ilə əlamətdar olub: 31 dəqiqqə, 3 saniyə.

Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.

(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.