14 aprel 2014 15:44

Tour d'Azerbaidjan-2014-ün iştirakçıları məlumdur

Mayın 7-11-də keçiriləcək “Tour d'Azerbaidjan-2014” veloyürüşündə planetin müxtəlif ölkələrini təmsil edən və hər birinin heyətində 6 velosipedçi yer alan 25 komanda iştirak edəcək. Azerisport.az xəbər verir ki, builki yarışın Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.1 kateqoriyasına layiq görülməsi yürüşdə Peşəkar Kontinental komandaların da iştirakına şərait yaradıb ki, Azərbaycana gələcək 8 kollektiv - “MTN-Qhubeka” (CAR), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli” (əvvəlki adı “Yellow Fluo” - İtaliya), “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” (Polşa) Pro-Kontinental lisenziyalıdır. Adları çəkilən İtaliya komandalarının digər üzvləri mayın 9-da start götürəcək çoxgünlük “Giro d'Italia” yürüşündə, “MTN-Qhubeka” və “Caja Rural-Seguros RGA” isə “Vuelta” yarışında çıxış edəcəklər.
“Pro-Kontinental, həmçinin Kontinental velosiped komandalarını Azərbaycanda salamlamaqdan çox məmnunuq” deyə, “Tour d'Azerbaidjan-2014” vüloyürüşünün Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bildirib. O builki yürüşün daha möhtəşəm olacağına inandığını söyləyərək, bu amilin yaxın gələcəkdə dünya velosiped idmanının ulduzlarına çevriləcək gənc velosipedçilər üçün yaxşı şans olduğunu sözlərinə əlavə edib.
Sahib Ələkbərov bəzi iştirakçı komandaların Azərbaycana “Türkiyə Turu”nda iştirak etdikdən sonra gələcəyini xüsusi vurğularıb və deyib ki, Yaxın Şərqdə təşkil edilən yarışlar silsiləsi bizə öz bacarıqlarımızı üzə çıxarmağa, həmçinin ökləmizin gözəlliyini və inkişafını hamıya göstərməyə imkan yaradır.
Yarışda iştirak edəcək 16 kontinental komanda isə bunlardır: “Itera-Katusha” (Rusiya), “Continental Team Astana” (Qazaxıstan), “Kolss Cycling Team” (Ukrayna), “Alpha Baltic-Unitymarathons.com” (Latviya), “An Post-Chain Reaction” (Irlandiya), “Team La Pomme Marseille 13” (Fransa), “Adria Mobil” (Sloveniya), “Development Team Giant-Shimano” (İsveç), “China Huasen Cycling Team” (Çin Xalq Respublikası), “Rapha Condor JLT” (Böyük Britaniya), “Leopard Development Team” (Luksemburq), “Gebrüder Weiss-Oberndorfer” (Avstriya), “Torku Sekerspor” (Türkiyə), “Tusnad Cycling Team” (Rumıniya), “Rad-Net Rose Team” (Almaniya) və “Synergy Baku Cycling Project” (Azərbaycan). Bundan başqa, Avstraliyanın milli komandası da “Tour d'Azerbaidjan-2014”də mübarizə aparacaq.
Planetin 22 ölkəsini təmsil edən bu komandaların tərkibində ümumilikdə 150 velosipedçi çıxış edəcək.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.