11 aprel 2014 17:22

Synergy Baku Circuit Des Ardennes-də

Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” daha bir beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, velosipedçilərimiz aprelin 11-13-də Fransada təşkl olunacaq “Circuit Des Ardennes” veloyürüşündə mübarizə aparacaqlar.
Sayca 40-cı dəfə təşkil olunacaq və Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyasını daşıyan yubiley xarakterli yarışda 22 komanda iştirak edəcək. Daha çox sprinterlərin mübarizəsi ilə yadda qalacaq bu yürüşdə „Synergy Baku“nun şərəfini Xorvatiyada təşkil olunmuş “Porec Trophy“ turunu qələbə ilə başa vuran Maksim Averin, həmçinin Aleksandr Surutkoviç, Daniel Klemme, Maykl Şvayzer, Luk Deyvison və Patrik Leyn qoruyacaq. 
Komandanın idman direktoru Arviks Piziks yarışı olduqca çətin sınaq kimi dəyərləndirib. Onun sözlərinə görə, əsas məqsəd yürüşün mərhələlərinin birində qələbə qazanmaqdır.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.