10 aprel 2014 19:23

"Əsas məqsəd qələbədi"

Azərbaycanın U-23 milli komandası və “Synergy Baku” kontinental komandasının üzvü Tural İsgəndərov “Tour de Azerbaidjan” veloyürüşünün rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.

- Bu mövsüm kifayət qədər inamlı təsir bağışlayırsınız. “Synergy Baku”nun sizin çıxışlarınıza təsiri nədən ibarətdir?
- “Synergy Baku” mənim üçün böyük məktəbdir. Biz Avropa, Asiya və Okeaniyada bir neçə yürüşdə iştirak etmişik və əksər hallarda komandamızın üzvləri fəxri kürsüdə yer alıblar. Təbii ki, ətrafında güclü komanda və peşəkar idarəetmə sistemi olanda, istənilən idmançı inkişaf etməyə başlayır.

- Yürüşdən və mərhələdən asılı olaraq sizin qarşınıza qoyulan məqsədlər dəyişirmi?
- Bu, sanki bir oyundur. Həmişə istənilən yarışa və mərhələyə hazır olmaq və uygunlaşmaq lazımdır. Hər şey məşqçidən asılıdır – o bizim qarşımıza müəyyən tapşırıqlar qoyur. Amma əsas məqsəd təbii ki, qələbədir.

- Daha təcrübəli komanda yoldaşlarınla münasibətlərin necədir?
- Açığını desəm, onlarla bir komandada yer almaq mənim üçün əla imkandır. Mən onlardan çox şey öyrənirəm. Komanda yoldaşlarımla bir yerdə olanda, dincələndə, bir fincan qəhvə ətrafında toplaşanda belə onlardan nə isə öyrənmək mənə çox maraqlı gəlir.

- “Tour de Azerbaidjan”veloyürüşündə iştirak etməyi planlaşdırırsınızmı?
- Biz hamınız bu yarışda iştirak etmək istərdik. Bir azərbaycanlı kimi öz vətənimi bu turda təmsil etməyi çox arzulayıram. Komandaya layiq olmaq üçün çox çalışmışıq. Bu yarışdan öncə mən Moskvada da yürüşdə iştirak etməliyəm. Azərbaycana aprelin sonralında qayıdacam.

- Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün nələri etmək lazımdır?
- Bu cür suallara cavab verərkən həmişə səmimi olmağa çalışıram. Çünki Olimpiya Oyunlarına lisenziya qazanmaq hər hansı bir yürüşdə qalib gəlməkdən daha çətindir. Bu çoxillik karyeranın və qazanılan lisenziya xallarının sayəsində mümkün ola bilər. Hər halda, Rio-2016-ya lisenziya mənim əsas məqsədlərimdən biridir.

(AVİF-in mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.