31 mart 2014 11:00

Velosipedçilərimiz Rusiyanın açıq birinciliyində iştirak ediblər

Rusiyanın Anapa şəhərində yeniyetmələrdən ibarət velosipedçilər arasında açıq ölkə birinciliyinin ilk mərhələsi keçirilib. Azerisport.az xəbər verir ki, hazırda təlim-məşq məqsədilə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Anapada hazırlıq prosesi keçən yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də bu yarışda iştirak ediblər.
Rusiya birinciliyinin birinci mərhələsində iştirakçılar dağ yolları ilə 100 km məsafə qət ediblər. Idmançılarımızdan ən yaxşı nəticəyə Elgun Əlizadə imza atıb - o yürüşün qalibi, məsafəni 2 saat, 40 dəqiqə, 50 saniyəyə başa vuran rusiyalı Nikolay Çerkasovdan 2 dəqiqə, 28 saniyə geri qalmaqla 7-ci yeri tutub. Qeyd edək ki yürüşdə ümumilikdə 171 velosipedçi iştirak edib.
Daha sonra velosipedçilərimiz qrup halında start götürməklə 35 km məsafəyə ümumrusiya yarışlarında da mübarizə aparıblar. Burada da Elgün Əlizadə fərqlənməyi bacarıb - o mərhələ qalibi, yerli idmançı Iqor Kuznetsovdan 4 saniyə geri qalmaqla 11-ci olub - 50 dəqiqə, 5 saniyə.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.