24 mart 2014 12:00

Federasiya Kuboku başa çatdı

Xızıda velosiped idmanının şose növü üzrə Federasiya Kuboku yarışı başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən fərdi növlər üzrə təşkil olunan yarışda qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı iştirak edib.
Yürüş zamanı Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydaları tətbiq olunub. Proqrama əsasən, yarışın ikinci günündə Elit, U-23 və gənclər dağa fərdi ötüşmədə (2x5 km), U-17 və qızlar isə 5 km məsafədə yarışıblar.
Nəticələrə gəlincə, gözlənildiyi kimi, ölkəmizin ilk peşəkar kontinental velosiped klubu “Synergy Baku“nun üzvləri Tural İsgəndərovla Aqşin İsmayılov favorit statusunu doğruldublar. Azərbaycanın U-23 milli komandasının da üzvü olan Tural 29 dəqiqə, 7 saniyə göstərici ilə 2-ci yarış gününün də qalibi olub. Azərbaycanın Elit milli komandasının üzvü Aqşin İsmayılov isə çempiona 2 dəqiqə, 14 saniyə uduzmaqla 2-ci yeri tutub. Ilk üçlüyü Fərid Mustafazadə tamamlayıb - 33 dəqiqə, 16 saniyə.
7 yaşlılar arasında “Lokomotiv” klubunun üzvü Kərim Şirəliyev digər rəqiblərindən daha yaxşı çıxış edib - 16 dəqiqə, 22 saniyə. O, 2-ci yeri tutan “Sumqayıt” Velosiped İdman Klubunun təmsilçisi Şamil Rəhimovu 8 saniyə qabaqlayıb. Qızlar arasında isə Sevinc Əzizova hamıdan yaxşı nəticə göstərib.
Yarışın təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafati ilə təltif ediliblər.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.