22 mart 2014 22:22

Veloidmanın fərdi növləri üzrə Federasiya Kubokunda ilk gün arxada qaldı

Martın 22-də Xızı rayonunda velosiped idmanının şose növü üzrə Federasiya Kuboku yarışına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən fərdi növlər üzrə təşkil olunmuş yarışda qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı iştirak edir.
Üstəlik, Azərbaycanın Elit və U-23 milli komandalarının üzvləri, ölkəmizin ilk peşəkar kontinental velosiped klubu “Synergy Baku“nun üzvləri Aqşin İsmayılovla Tural İsgəndərovun da Federasiya Kubokunda iştirak etməsi yarışa olan marağı daha da artırıb.
Yürüş zamanı Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydaları tətbiq olunur. Proqrama əsasən, ilk gündə Elit, U-23 və gənclər arasında 26 km, U-17 və qızlar arasında 15 km, U-15 yaş qrupu üzrə oğlanlar arasında isə 6 km məsafəyə vaxtla fərdi ötüşmədə ən güclülər müəyyənləşib.
Nəticələrə gəlincə, 25 km məsafəyə mübarizədə Tural İsgəndərov 37 dəqiqə, 59 saniyə göstərici ilə bütün rəqiblərini geridə qoyub. Aqşin İsmayılov Turala 1 dəqiqə, 34 saniyə uduzmaqla 2-ci olub. Azərbaycanın U-17 komandasının üzvü, “Lokomotiv“ klubunun təmsilçisi Kərim Şirəliyev 15 km məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olub - 25 dəqiqə, 26 saniyə. Ən kiçiklərin yarışına gəlincə, 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin təmsilçisi Xankişi İsgəndərov 6 km məsafəni 11 dəqiqə, 22 saniyəyə başa vurmaqla ən yaxın izləyicisi, komanda yoldaşı Ravil Xıdırovu 2 saniyə qabaqlayıb.
Martın 23-də yarış saat 12:00-da start götürəcək. Həmin gün Elit, U-23 və gənclər dağa fərdi ötüşmədə (2x3,5 km), U-17 qızlar isə 3,5 km məsafədə yarışacaqlar.
Yarışın təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafati ilə təltif ediləcək.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.