15 mart 2014 23:33

Açıq Bakı Kriterium yarışında 1-ci mərhələ

Martın 15-də Veloparkda velosiped idmanı üzrə Açıq Bakı Kriterium yarışının birinci mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-ə yaxın idmançısı iştirak edir.
Ilk günün nəticələrinə gəlincə, 8 saylı İxtisaslaşdırılmış Olimpiya İdman Məktəbinin yetirmələri, Azərbaycanın gənclər yığmasının üzvləri Elgün Əlizadə, Nicat Qarayev və Kənan Qəhrəmanlı digər rəqiblərindən daha yaxşı çıxış edərək ilk 3 pilləni tutublar.
Kriterium yarışlarının birinci mərhələsinin qalibi Elgün Əlizadənin sözlərinə görə, uzunmüddətli qış hazırlığından sonra ilin ilk yarışında əldə etdiyi nəticədən çox razıdır. O, bu uğurun qarşıdakı mötəbər turnirlərdə daha yüksək nailiyyətlər qazanmaq üçün böyük stimul olduğunu da sözlərinə əlavə edib.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və pul mükafati ilə təltif ediliblər.
“Açıq Bakı Kriterium yarışının təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır”, deyən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, daxili yarışlarda iştirak edən velosipedçilərin sayının günü-gündən artdığını xüsusi vurğulayıb. Baş katibin sözlərinə görə, qeyd olunan amil rəqabətin yüksəlməsinə və nəticələrin artmasına şərait yaradır ki, bu da federasiya rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biridir.
Martın 16-da yarışlar saat 16:00-da start götürəcək. Həmin gün U-15 və U-17 yaş qrupları üzrə velosipedçilər nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.