10 mart 2014 14:33

Maksim Averin: Sevinirəm ki, tarixi vətənimin uğurları üçün çalışıram

Bildiyiniz kimi, Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Porec Trophy” yuruşu Azərbaycanın “Synergy Baku” komandası üçün möhtəşəm nailiyyətlə yadda qalıb. Azerisport.az xəbər verir ki, 149 km məsafəyə mübarizədə “Synergy Baku”nun velosipedçisi Maksim Averin yeni komandasının heyətində debüt yürüşündəcə 3 saat, 32 dəqiqə, 22 saniyə nəticə göstərərək finişi birinci keçib və yarışın qalibi adını qazanıb.
Qeyd edək ki, Maksim Averin bir zamanlar SSRİ-nin olimpiya yığmasının şərəfini qorumuş, 1978-ci il dünya veloyürüşünün qalibi, SSRI-nin əməkdar idman ustası, 1976-cı il Monreal olimpiadasının iştirakçısı, 6 dəfə SSRI çempionu və kubokun qalibi, həmvətənimiz Aleksandr Averinin oğludur. Hazırda Ukraynada yaşayan Aleksandr Averin 1954-cü il, aprelin 11-də Bakıda anadan olub və velosiped idmanının sirlərinə də məhz Bakıda yiyələnib. Onun oğlu, ötən il Isveçrənin “Atlas-Personal-Jakroo” Kontinental komandasının şərəfini qoruyan Maksim Averin isə bu ildən etibarən “Synergy Baku” komandasına qoşulub və iştirak etdiyi ilk yarışdaca ona göstərilən etimadı doğruldub. Yeri gəlmişkən, velosipedçi uğur qazandığı Xorvatiyaya məhz Bakıdan yollanıb.
AVİF mətbuat xidmətinə verdiyi müsahibədə “mən çox xoşbəxtəm”, deyən Maksim Averin həyatında ilk dəfədir ki, ilin birinci yürüşündəcə qələbə qazandığını sözlərinə əlavə edib və fikirlərini belə tamamlayıb: “Öz tarixi vətənim olan Azərbaycanın “Synergy Baku” komandasının şərəfini qoruduğum üçün çox şadam. Mənə göstərilən etimada görə hamıya təşəkkür edirəm”.
Azərbaycan Velosiped Idmanı Federasiyasının baş katibi Fərhad Əliyev komanda üzvlərimizin 2014-cü ildəki yarışlarda uğurlu startını kollektiv daxili ab-havanın yüksək olması və düzgün qış hazırlığı ilə əlaqələndirib: “Hazırda “Synergy Baku”da olduqca mehriban kollektiv formalaşıb və hamı uğur qazanmaq üçün bir-birinə əlindən gələn köməkliyi edir. Yeni üzvlərin düzgün seçimi və federasiya rəhbərliyi tərəfindən komandaya yaradılan yüksək şərait “Synergy Baku”nu daha da gücləndirib. Langkavidə ən yaxşı dağ velosipedçisi kimi “qırmızı mayka” qazanmış Metyu Bremmier və Xorvatiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Maksim Averin komandamızın yeni üzvləridir. Onların əldə etdiyi nailiyyətlər isə seçimin düzgün aparılmasını sübut edir”, deyən Fərhad Əliyev “Synergy Baku”nun daha böyük uğurlara imza atacağına inandığını bildirib.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.