7 mart 2014 17:00

Metyu Bremmier Langkavinin Dağ Kralıdır

Malayziyada təşkil olunmuş çoxgünlük “Langkavi” turunda bu gün 9-cu mərhələyə yekun vurulub. Azerisport.az xəbər verir ki, bu mərhələ Azərbaycanın “Synergy Baku” komandası üçün xoş xəbərlə əlamətdar olub.
Belə ki, bu günə qədər dağ mərhələsində göstərdiyi inamlı çıxışla liderliyi ələ keçirən və “qırmızı mayka”nı özündə saxlayan irlandiyalı Metyu Bremmier bugünkü 9-cu mərhələdə də heç kimi özündən qabağa buraxmayıb. Reqlamentə görə, yarışın sabah keçiriləcək sonuncu - 10-cu mərhələsində dağ yollarına görə xalların hesablanmayacağını nəzərə alsaq, Bremmierin ilk pillədə qalacağı dəqiqləşib. Bununla da Azərbaycan komandasının üzvü “Langkavi” turunun “qırmızı mayka”sını və “Dağ Kralı” ləqəbini qazanıb ki, bu da “Synergy Baku” üçün böyük uğurdur. O bu adı və maykanı gələn ilki turnirə qədər özündə saxlayacaq.
Metyu Bremmierin bu uğurunda Azərbaycanın Elit yığmasının üzvü Elçin Əsədovun da böyük rolu var. Belə ki, yürüşün dünən keçirilən 8-ci mərhələsində kifayət qədər inamlı təsir bağışlayan Elçin sprintdəki uğurundan əlavə, dağ mərhələsində Bremmierə xeyli kömək edib və onu arxasınca aparmaqla həm özü 8 xal qazanıb, həm də komanda yoldaşının ən yaxın izləyiciləri ilə xal fərqinin azalmasına imkan verməyib.
Xatırladaq ki, “Synergy Baku”nun digər üzvü Maykl Şvayzer ilin ilk yarışı - Yeni Zelandiyada təşkil olunmuş “Cycle Classic” turunda ən yaxşı sprinter kimi “yaşıl mayka”ya layiq görülmüşdü.
111 km-dən ibarət 9-cu mərhələdə digər velosipedçilərimizin nəticələrinə gəlincə, almaniyalı Daniel Klemme, həmvətənlərimiz Elçin Əsədov və Tural İsgəndərov, irlandiyalı Metyu Bremmier və avstraliyalı Patrik Leyn mərhələ qalibi ilə eyni göstəriciyə imza atıblar - 2 saat, 32 dəqiqə, 21 saniyə. Fotofinişə əsasən Daniel Klemme hamıdan öndə, 9-cu yerdə qərarlaşıb.
Sabah keçiriləcək sonuncu, 10-cu mərhələdə iştirakçılar 103 km məsafə qət edəcəklər.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.