4 mart 2014 11:23

Bakı-2015-ə hazırlıq işləri yüksək qiymətləndirildi

Estoniyanın paytaxtı Tallin şəhərində Avropa Velosipedçilər İttifaqının (UEC) ildə bir dəfə keçirilən baş assambleyasının iclası olub. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də iştirak edib.

İclasda çıxış edən Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien gündəlikdə duran məsələlər barədə məlumat verib. O, öz çıxışında gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın “Bakı-2015”-ə hazırlıq işlərini yüksək qiymətləndirib.

Qeyd edək ki, “Bakı-2015”-in proqramına velosiped idmanının 3 növü – şosse, BMX və mountenbayk daxildir. David Lappartien oyunların ən yüksək səviyyədə təşkil edilərək keçiriləcəyinə inandığını bildirib.

Tədbirdə Avropa çempionatlarında qaliblərin geyəcəyi yeni formaların təqdimat mərasimi də olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Avropa Velosipedçilər İttifaqı və bir sıra ölkələrin federasiyalarının rəsmiləri ilə fikir mübadiləsi aparıb, onlara Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Federasiya rəsmisi bu yöndə dövlətin dəstəyini daim hiss etdiklərini xüsusi vurğulayıb və “Bakı-2015”-in unudulmaz idman bayramı olacağını deyib.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.