24 fevral 2014 18:33

Synergy Bakunun Tour de Langkawi heyəti

Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun üzvləri Elçin Əsədov və Tural Isgəndərov fevralın 27-də Malaziyada start götürəcək Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.HC kateqoriyalı “Langkawi” turunda iştirak edəcəklər. Azerisport.az xəbər verir ki, 10 mərhələdən ibarət yarışda yüksək yerlərə iddia edən velosipedçilərimiz bundan öncə Avstraliyada mübarizə apardıqları “Herald Sun Tour” yürüşü ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycanın Elit yığma komandasının da şərəfini qoruyan 27 yaşlı Elçin Əsədov soyuqdəymə səbəbindən Avstraliya turunun ilk mərhələsində istədiyi kimi çıxış edə bilmədiyini deyir: “Tibbi personalımızın köməkliyi sayəsində tez sağaldım və mümkün qədər komandaya kömək etməyə çalışdım. Mənim üçün əsas olan məşqçilərin tapşırığını həyata keçirmək idi ki, bu işin öhdəsindən gəlməyə cəhd göstərdim. “Langkawi” turuna gəlincə, bu Asiyada ən çətin yarışlardan biridir. 10 gün ərzində mənə nə tapşırılacaqsa, onu da etmək üçün mübarizə aparacam”.
Elçin Əsədov 2014-cü ildə qarşısına qoyduğu hədəflər haqqında da danışıb: “Mayda ölkəmizdə keçiriləcək “Tour d”Azerbaidjan” veloyürüşünün bir mərhələsinin qalibi olmağı çox istəyirəm. Bundan başqa, bu ilin sentyabrında Ispaniyada keçiriləcək dünya çempionatında da uğurla çıxış etməyi arzulayıram” - deyə, Elçin bildirib.
Azərbaycanın U-23 milli komandasının üzvü, 22 yaşlı Tural İsgəndərov isə Avstraliya turundakı çıxışına bir qədər tənqidi yanaşır: “Düzdür, iqlim dəyişikliyi və havanın isti olması mənə müəyyən problemlər yaratdı, amma bu qətiyyən bəhanə olmamalıdır. Əgər dağ mərhələsində mövqeyimi düzgün seçsəydim, yəqin daha yaxşı nəticə qazana bilərdim. O ki qaldı “Langkawi” turuna, oradakı məqsədim məşqçilərin tapşırığına əsasən dəyişə bilər”.
Əsas hədəfinin komandaya fayda vermək olduğunu deyən Tural, həm “Synergy Baku”nun, həm də milli komandanın heyətində iştirak etdiyi yarışlarda qələbə üçün əlindən gələni edəcəyini sözlərinə əlavə edib.
Yeri gəlmişkən, fevralın 27-də start götürəcək 10 mərhələli “Langkawi” turunda iştirakçılar 1495 km məsafə qət edəcəklər. Elçin Əsədov və Tural İsgəndərovdan başqa “Synergy Baku”nun heyətində bu yarışda Daniel Klemme, Maykl Şvayzer, Patrik Leyn və Metyu Bremmier də mübarizə aparacaq.
(AVİF)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.