4 fevral 2014 19:22

Synergy Baku-dan 2014-cü ilə uğurlu start

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku Cycling Project” 2014-cü ilə Yeni Zelandiyada təşkil olunmuş çoxgünlük “Cycle Classic” veloyürüşü ilə start verib. Azerisport.az xəbər verir ki, yeni mövsüm ərəfəsində 2 ay İspaniyanın Kalpe şəhərində təlim-məşq toplantısı keçən komandamızın üzvləri ilin ilk yarışında uğurla çıxış ediblər.

Beş mərhələdən ibarət olan “Cycle Classic” turunun 143 km-lik ikinci mərhələsində Daniel Klemme liderdən cəmi bir neçə mikrosaniyə geri qalaraq finiş xəttini ikinci keçib və fəxri kürsüyə qalxıb.

Maykl Şvayzer isə ikinci mərhələdən etibarən sprinterlərin mübarizəsində liderliyi ələ alıb, üstünlüyünü sonadək qoruyaraq birinci yerə və “yaşıl mayka”ya layıq görülüb.

Yeni Zelandiyada ilin ilk turnirini müvəffəqiyyətlə başa vuran “Synergy Baku” artıq növbəti yarışa yola düşüb. Kollektiv fevralın 5-9-da Avstraliyada, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Herald Sun Tour” yarışında mübarizə aparacaq.

Bu yarışda komandamızı almaniyalı Daniel Klemme və Kristof Şvayzer, avstraliyalı Lük Deyvison və Patrik Leyn, habelə Azərbaycan yığma komandasının üzvləri Elçin Əsədov və Tural İsgəndərov təmsil edəcəklər.

5 mərhələdən ibarət olacaq yarış Melbrun şəhərində start götürəcək. Sonrakı mərhələlər dağ yollarında davam edəcək.

(AVİF)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.