30 dekabr 2013 14:00

Həmrəylik günü və Yen il münasibətilə veloyürüş (FOTO)

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni Il münasibətilə Azərbaycan Velosiped Idmanı Federasiyası Dənizkənarı Milli Park İdarəsi ilə birlikdə velosiped həvəskarları üçün yürüş təşkil edib. Azerisport.az xəbər verir ki, əl oyunları İdman Sarayından start götürən yürüşdə müxtəlif yaş qrupuna aid olan velosiped həvəskarları iştirak edib.
 
Veloyürüşün əsl bayram ab-havasında keçməsi və iştirakçıların rahatlığı üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən lazım olan bütün şərait yaradılıb - velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin edilib, kiçik yaşlı uşaqlar üçün əyləncəli proqram təşkil olunub, onlara yeni il hədiyyələri verilib. Xüsusən Şaxta Baba və Qar qızın tədbir iştirakçılarını təbrik etmək üçün şən musiqi sədaları altında ikinəfərlik tandem velosipedlə finiş xəttinə gəlmələri hamı tərəfindən maraqla qarşılanıb.
 
Veloyürüşdə köynəklərinin üzərində 2015-ci il  ilk Avropa Oyunları - “Baku-2015”in loqoları əks olunan Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku Cycling Project” komandasının üzvləri də iştirak edib.
 
“Synergy Baku”nun üzvü Aqşin İsmayılov mətbuata verdiyi müsahibəsində qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmana, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ənənəvi hal almış bu cür tədbirlər Azərbaycanda velosiped idmanına olan marağı artırmaqla yanaşı, sağlam həyat tərzini də təbliğ edir. O, velosiped həvəskarlarını bu idman növü ilə daha fəal şəkildə məşğul olmağa çağırıb.
 
Tədbiri böyük maraqla izləyən paytaxt sakinləri onun təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.