17 dekabr 2013 19:05

Bremmier Synergy Baku üçün yeni qələbələr vəd edir

“Mən bacardığım qədər çox qələbə qazanmaq istəyirəm”. Azerisport.az xəbər verir ki, bu sözləri “Synergy Baku”nun irlandiyalı velosipedçisi velonation.com portalına müsahibəsində deyib.
 
Özünü yeni mövsümə hazır sayan və idman formasının yüksək zirvəsində olan 28 yaşlı Bremmier, 2014-cü ildəki hədəflərinin böyük olduğunu bildirib.
 
Uzun illər müxtəlif komandaların şərəfini qoruyan Metyu Bremmier 2014-cü ildə çempion sistemində yarışmağı və şəxsi karyerasında irəliləyiş əldə etməyi düşünür. O qələbələr sayında özünün şəxsi rekordunu yeniləməyi də qarşısına məqsəd qoyub. Əvvəlki illərdə topladığı təcrübənin köməyinə gələcəyini bildirən velosipedçi, 2014-cü ildə daha çox qələbə qazanacağına ümid bəsləyir.
 
İrlandiyalı velosipedçinin 2013-cü ildəki çıxışlarına nəzər salsaq görərik ki, Bremmier 15 yürüşdə “Top 10”-luğa daxil olmağı bacarıb. Bu yarışlar içərisində “Tour of California”, “Tour of Qinghai Lake” və “Schaal Sels” turnirləri xüsusi qeyd olunmalıdı.
 
Bir sözlə, Bremmier artıq dünya turlarında öz sözünü demiş velosipedçidir. O, ötən illər ərzində Nokolas Roşe, Dan Martin və Filipp Deqnan kimi velosipedçiləri şosse yarışlarında qabaqlamaqla ölkəsinin 5 qat çempionu adına layiq görülüb. Əgər 2014-cü ildə işlər qaydasında getsə, Bremmier yeni müqavilə imzaladığı “Synergy Baku”nu çox sevindirəcək.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.