16 dekabr 2013 12:33

Lük Deyvison: Bu mövsüm mənim üçün tam fərqli olacaq

Meksikada keçirilən trek üzrə Dünya Kubokunda 2 qızıl medal qazanan “Synergy Baku”nun avstraliyalı üzvü Lük Deyvison karyerasının ən parlaq dövrünü yaşayır. Azerisport.az xəbər verir ki, 23 yaşlı velosipedçi növbəti yarışlar üçün, daha dəqiq fevralda keçiriləcək Dünya Çempionatı üçün iddiasını xeyli artırıb və daha öncə qazandığı bürünc medalı bu dəfə qızıla çevirmək arzusundadır.
 
Velonation.com saytına verdiyi müsahibədə Deyvison bildirib ki, hazırda onun əsas diqqəti məhz DÇ-yə yönəlib:
 
“Minskdəki komanda təqibi yarışında 4 ən güclü idmançı içərisində istənilən kimi çıxış edə bilmədim və bu mənə çox pis təsir etdi. Amma inanıram ki, bu mövsüm mənim üçün tam fərqli olacaq. Omnium üzrə fərdi yarışlarda imkanlarımı artırmağım komanda yarışlarında da faydalı olmağıma şərait yaradır. Bu amil Meksikada hər iki növdə qalib gəlməyimə çox kömək etdi. Bir sözlə, indi ümidlərim daha böyükdür”.
 
Deyvison gənc ikən komanda təqibi, Omnium və Medison tipli müxtəlif yarışlarda da qələbə sevinci yaşayıb. Amma yaş kateqoriyasını dəyişdikdə uyğunlaşma prosesində müəyyən çətinliklər yarandı və bu da idmançının 1 il kölgəyə çəkilməsi ilə nəticələndi. Buna rəğmən, 2011-ci ilin sonunda yenidən böyük idmana qayıdan velosipedçi “Budget Forklifts” komandasının heyətində “Gippsland”, “Böyük Cənub Sahili”, “Murray River” turlarında Avstraliya Milli Şosse seriyasının qalibi adını qazandı.
 
Sonra o “Drapac” peşəkar komandasına keçdi və “Jayco Herald Sun Tour” yarışının 2-ci mərhələsinin qalibi oldu. Uğurlu çıxışlar trekdəki dünya bürüncü ilə davam etdi. Şosseyə qayıtdıqdan sonra “Murray River” turunda qalib gələrək Avropada qaldı. Qısa kriterium yarışlarında uğurlar qazanan Deyvison özünü şosse velosipedçisi ola biləcəyinə inandıra bildi.
 
2014-cü ildə “Synergy Baku”nun şərəfini qoruyacaq Lük Deyvisonu yeni komandasının heyətində ciddi sınaqlar gözlərir. O, Meksikadan qayıtdıqdan sonra Ispaniyanın Kalpe şəhərində təlim-məşq toplantısı keçən komandasına qoşulub və yeni mövsümün hazırlıqlarına başlayıb.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.