4 dekabr 2013 16:22

Lük Deyvison Dünya Kubokunda fəxri kürsüyə can atır (FOTO)

“Synergy Baku Cycling Project”in heyətinə yeni dəvət etdiyi avstraliyalı velosipedçi Lük Deyvison komandasına həm trek, həm də şosse yarışlarında uğur qazandırmaq niyyətindədir. Azerisport.az xəbər verir ki, Deyvison gələn həftə Meksikanın Aquaskalyentes şəhərində keçiriləcək Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) Dünya Kubokunda iştirak etməyə hazırlaşır.
 
Ötən ay Okeaniya trek çempionatında birincilik sevinci yaşayan və 2014-cü ildə “Synergy Baku Cycling Project”də çıxış edəcək velosipedçi “Omnium” titulunu qazanmağa ümid edir.
 
Deyvisonun sözlərinə görə, “Omnium” velosiped yarışları dekatlon versiyasına aid edilir. Burada bir neçə əsas element - havada fırlanaraq döngə, xal yarışı, maneələri dəf etmə, 1 km zamana qarşı çalışma və fərdi izləmə yarışları var. Lük bu yarış növünü çox sevdiyini və stilinə uyğun olduğunu deyir.
 
Qeyd edək ki, Deyvison keçən ilin noyabrında Ingiltərənin Mançester şəhərində keçirilən “Omnium” üzrə dünya çempionatında bürünc medal əldə edib. 23 yaşlı velosipedçi 2008-ci ildə gənclər arasında “Omnium” və “Madison” yarışlarında trek üzrə komanda izləmə növünün qalibi də olub. Sonradan o diqqətini şosse yarışlarına yönəldib və 2011-ci ilin avqustundan 2012-ci ilə qədər “Budget Forklifts” komandasında çıxış edərək bir neçə parlaq qələbə qazanıb. Velosipedçi “Tour of Gippsland”, “Murray River” və Avstraliyanın milli şosse yarış seriyasında üst-üstə 13 dəfə mərhələ qalibi olmaqla yanaşı, yekun sıralanmada 1-ci yeri tutub.
 
Deyvisonun 2012-ci ildə əldə etdiyi uğurlar “Synergy Baku Cycling Project”in idman direktoru Ceremi Hantın diqqətindən yayınmayıb və gənc velosipedçinin Azərbaycan klubuna keçməsində həlledici rol oynayıb: “Avstraliyalı gəncin çıxışlarını böyük maraqla izləyirdim. Mən Deyvisonu inandıra bildim ki, o təkcə trekdə deyil, şosse yarışlarında da uğur qazana bilər. Hazırda biz onu adını çəkdiyim növlərə daha yaxşı hazırlamaq üçün Tim Dekerlə birlikdə çalışırıq və velosipedçinin uğur qazanması üçün lazım olan bütün şəraiti yaradırıq”, deyə Ceremi Hant bildirib.
 
Meksikadakı Dünya Kubokundan sonra Lük Deyvison “Baku Synergy” ilə birgə İspaniyanın Kalpe bölgəsində təlim-məşq toplantısına başlayacaq.
 

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.