27 noyabr 2013 12:55

Synergy Baku Cycling Project heyətini daha bir velosipedçi ilə gücləndirib

Azərbaycanın ilk velosiped komandası "Synergy Baku" heyətini daha bir velosipedçi ilə gücləndirib. Azerisport.az xəbər verir ki, 28 yaşlı irlandiyalı Metyu Bremiye 2014-cü ildə keçiriləcək beynəlxalq yarışlarda Azərbaycanın şərəfini qoyuyacaq.
 
5 dəfə Irlandiya çempionu adını qazanmış velosipedçi "Synergy Baku"nun gələn mövsüm üçün sifariş etdiyi sayca 16-cı velosipedçidir. Peşəkar karyerasına 2006-cı ildə "DFL-Cyclingnews-LItespeed" komandasında başlayan Bremiye, növbəti 2 ildə "Profel Ziegler Continental Team", 2009-2010-cu illərdə isə "Post-Sean Kelly" komandasında çıxış edib. Metyu Bremiye 2011-ci ildə tanınmış "HTC-Highroad" komandasında, 2012-2013-cü illərdə isə daha bir məşhur klub "Omega Pharma-QuickStep"də çıxışları ilə tanınıb. Yeri gəlmişkən, o 2013-cü ildə öz komandasında çempion sistemində mübarizə aparıb.
 
"Synergy Baku"nun baş meneceri David McQuaid komandanın yeni üzvü haqda yüksək fikirdədir: "Metyunun bizə qoşulmasından çox məmnunuq. Çünki o, əvvəlki komandalarında topladığı təcrübəni bizə gətirib və bunun bizə böyük xeyri dəyəcək. Üstəlik, Metyunun daha öncə çempion sistemində mübarizə aparması da bizim imkanlarımızı xeyli artırır. O, əsl bizə lazım olan velosipedçidir".
 
"2013-cü ildə çempion sistemində mübarizə aparmağım mənə çox şey öyrətdi və peşəkarlığımı xeylı artırmağa kömək etdi", deyən Metyu Bremiye "Synergy Baku"ya keçidində həlledici amilin David McQuaidla dostluq münasibətlərinin olmasını bildirib.
 
"Mənim komandanın digər üzvləri Connor McConvey və David McCann, eləcə də idman direktoru Jeremy Huntla da gözəl münasibətlərim var. Belə bir komanda ilə işləyəcəyimdən çox məmnunam və sevinirəm ki, yeni insanlarla tanış olacağam".
 
"Synergy Baku"nun heyətində çıxış edəcəyi dövrdə Metyu Bremiyenin əsas hədəfi iştirak edəcəyi mərhələ yarışlarında ümumi təsnifatda qalib olmaqdır. "Şübhəsiz ki, mənim əsas məqsədlərimdən biri də öz milli titulumu saxlamaq olacaq. Amma, heyətində çıxış edəcəyim kollektivlə də bağlı hədəflərim böyükdür və komandama faydalı olmağa çalışacağam. Bilik və bacarığımı komandadakı gənc velosipedçilərə öyrətməklə bir-birimizə sıx bağlı olan bir kollektiv formalaşdırmaq əsas istəyimdir. inkişaf etməkdə olan Azərbaycan velosipedində mənə verilən bu şansı yüksək qiymətləndirirəm".
 
Qeyd edək ki, Metyu Bremiyenin gəlişi ilə "Synergy Baku"nun heyətindəki velosipedçilərin sayı 17-yə çatıb. Amma Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) qaydalarına görə, bir komanda kontinental səviyyəli yarışlarda 8-16 nəfərlə çıxış edə bilər. "Synergy Baku"nun baş meneceri David McQuaidın sözlərinə görə, say çoxluğu komandamızın digər üzvlərinin başqa profillər üzrə yarışlarda təmsil olunmasına imkan verəcək.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.