22 noyabr 2013 11:56

"Bu, inanılmaz mövsüm idi"

2013-cü ildə uğurlu çıxışından ruhlanan Azərbaycanın “Synergy Baku Cycling Project” velosiped komandası gələcəyə nikbin baxır. Azerisport.az xəbər verir ki, yeni mövsümdə bu komandanın heyətində 16 velosipedçi çıxış edəcək.
 
Onlardan 5-i Azərbaycan nümayəndəsidi. Bu fakt layihənin əsas məqsədini – peşəkar velosiped idmanında azərbaycanlıların təmsil olunması məqsədini tam əks etdirir.
 
“Synergy Baku Cycling Project” komandasının baş direktoru Devid Makkeyd deyib: “2014-cü il mövsümündə bizim əsas vəzifəmiz işlərimizin yetərincə yaxşı getdiyi UCİ Asiya turunda öz mövqelərimizi qoruyub saxlamaq, habelə Avropa turunda daha yüksək səviyyədə çıxış etməkdi. Keçən il biz komandanı çox gec tərtib etdik, bu isə bizim Avropada bütün bacarığımızı göstərməyə imkan vermədi. Bu dəfə biz daha yaxşı hazırlaşmışıq və çox istərdim ki, yaxşı çıxış edə bilək. Keçən il UCİ mövsümündə 15 qələbə qazanmağımız ümidlərimizi artıqlaması ilə doğrultdu. Bu, inanılmaz idi. Lakin bu dəfə daha böyük uğurlar qazanmağa çalışmalıyıq".
 
2014-cü ildə komanda aşağıdakı heyətdə çıxış edəcək: azərbaycanlılar – Elçin Əsədov (26), Məhəmməd Ələkbərov (28), Samir Cəbrayılov (19), Aqşin İsmayılov (26) və Tural İsgəndərov (21); almaniyalı yürüşçülər – Daniel Klemme (21), Maykl (28) və Kristof (27) Şvaytser qardaşları; avstraliyalılar – Lyuk Devison (23), Pet Lane (22) və Uil Uolker (27); avstriyalılar Markus Eibeqqer (28) və Yan Sokol (23); ukraynalılar Maksim Averin (27) və Aleksandr Surutkoviç (29); irlandiyalı Konnor Makkonvey (25).
 
Komandanın yeni üzvlərindən biri – kontinental “Leopard Trek” komandasından gəlmiş alman Daniel Klemme özünü yaxşı təqdim edib; o, Çin turu - 2 müxtəlif yarışının iki mərhələsində qalib gələrək ümumi hesabda ikinci nəticə göstərib. Maykl Şvaytser də komandamıza qoşulub. Onun böyük qardaşı Kristof 2013-cü ildən bu komandada çıxış edir.
 
Uolker və Eibeqqer dünya turlarında qazandıqları təcrübəni bu gənc komanda ilə bölüşəcəklər. Uolker üç mövsüm ərzində “Rabobank” komandasında çıxış edib. Eibeqqer isə “Girod'Italia” və “Tour de France” yarışlarında qazandığı dəyərli təcrübəni gənc veloyürüşçülərlə bölüşə bilər. Yeni komandada iştirakını ikiqat faydalı hesab edən Eibeqqer deyir: “Fikrimcə, qalib komanda yaratmağa, Azərbaycan veloyürüşçülərinin vərdişlərini təkmilləşdirməyə, komandanın ümumi ruhunu yüksəltməyə kömək edə biləcəm. Mənim vəzifəm Azərbaycanda idmanın inkişafını dəstəkləmək və əlbəttə, qalib gəlməkdi”.
 
Təbii ki, komandanın əsas məqsədi gələn ilin may ayında keçiriləcək beynəlxalq “Tour d’Azеrbaidjan” velosiped yarışında qalib gəlməkdir 2013-cü ildə komanda böyük uğurlar qazandı. Surutkoviç həmin veloyürüşdə uğurla çıxış edərək finiş xəttinə ikinci çatdı, Kristof Şvaytser isə veloyürüşün birinci mərhələsində qalib gəldi. Veloyürüşün 2.1 sinfinə aid edilməsi ilə əlaqədar iştirakçılar arasında güclü komandalar olacaq, lakin “Synergy Baku Cycling Project” komandası yaxşı nəticələrə ümid edir. Makkueyd deyir: “2014-cü ildə bizim əla komandamız olacaq və mən əminəm ki, son mərhələyə qədər mübarizəni davam etdirəcəyik. Qeyd etmək lazımdır ki, indi bizim əsas strategiyamız Azərbaycanın gənc velosipedçilərini inkişaf etdirməkdi. Onlardan üç nəfəri avqustun 1-də komandaya qoşulacaq və mövsümün sonunda yarışlarda iştirak edəcək. Komandanın tərkibində gənc yürüşçülər və təcrübə keçən velosipedçilər də olacaq. Bir qədər irəli gedərək deyə bilərəm ki, 2015-ci ildə daha böyük perspektivlər gözlənilir, çünki komanda məhz həmin ildə qitə miqyasında peşəkarlar səviyyəsinə çatmağa hazırlaşır. Bu, ali dərəcəli yürüşlərdə iştirak etməyə imkan verəcək”.
 
Veloyürüşçülər də yeni mövsüm ərəfəsində nikbin olduqlarını gizlətmirlər. Kristof Şveytser deyir: “Bir il də Bakı komandası ilə olacağam. Bunu səbirsizliklə gözləyirəm və ümid edirəm ki, 2014-cü il qismən 2013-cü ilə oxşayacaq: bol sevinc, güclü dəstək və əla komanda yoldaşları"!
 
Maykl Şvaytser deyir: “Komandada ən yaşlı yürüşçü mənəm, buna görə gənclər üçün bir növ məsuliyyət daşıyıram. Son illərdə müxtəlif komandaların heyətində çıxış edərək, zəngin təcrübə toplamışam. Bu təcrübəmi başqa veloyürüşçülərlə bölüşməyə çalışacağam”.
 
Konnor Makkonvey: “Gələn il biz “Hər şey qələbə naminə” devizi çıxış edəcəyik. Harada və necə qalib gələ biləcəyim barədə müəyyən ideyalarım var. İstəyirəm ki, əvvəlki bütün uğursuzluqlarımın təcrübəsi yeni qələbələr üçün dərs olsun. Qışda və bütün ilboyu çox işləyəcəyəm, onda nəticəni də çox gözləmək lazım olmayacaq”. (Federasiyanın rəsmi saytı)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.